Şou-biznes

Məşhur müğənni aktrisa ilə evləndi - FOTO

12 İyul 2018 11:12
2 Şərh     Baxış: 3 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Can Bonomo iki ildir birlikdə olduğu aktrisa Öykü Karayel ilə dünən nikah masasına oturub. 

Milli.Azaxşam.az-a istinadən xəbər verir ki, 150 insanın qatıldığı gecədə Bonomonun nikah şahidi meneceri Ece Çelebioğlu Yeşilbaş, prodüseri və yaxın dostu Can Saban, uşaqlıq dostu Cem Cavez ve Ferhat Zamanpur olub.

Öykü Karayelin nikah şahidliyini isə dostları Süveybe Arifoğlu və Milay Ezengin edib. Cütlüt şənbə günü parti də keçirəcək. Aktrisa əkiz bacısı Ezgi Karayelin hazırladığı gəlinliyi geyinib. 

Gəlinliyin üstündə isə rəsmlər çəkilib. Öykünün paltarı Ancelina Colinin 2014-cü ildə Bred Pittlə toyda geyindiyi gəlinliyi xatırladıb. 

Dəvətnamələri sosial şəbəkə vasitəsilə dostlarına göndərən cütlük onlara "Toyda çəkdiyiniz şəkilləri zəhmət olmasa, sosial şəbəkədə paylaşmayın" mesajını yazıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.