Şou-biznes

Günay: "Camaat mənim səhifəmə baxıb geyinir"

19 İyun 2018 11:18
4 Şərh     Baxış: 3 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Günay İbrahimli "ATV maqazin onlarla"ya müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Günay müğənni Xatirə İslamın onun haqda irəli sürdüyü iddiadan xəbərsiz olduğunu deyib:

"Xatirə qeyd edib ki, heç kimin köməkçisi məni yığa bilməz. Onlar da insandırlar. Xuraman Şuşalının anasının yası üçün mən niyə Xatirəni yığım ki? Xuramana zəng edərəm. Bacıdırlar, yoxsa qonşudurlar? Elə olub ki, Xatirə özü zəng edib mənim prodüserimlə danışıb. Bir hadisə baş verəndə mən həmin insana zəng edirəm, ya da onun ən yaxınına. Xatirəyə demək istəyirəm ki, bu vəziyyətdən xəbərsizəm. Demirəm Xatirə günahkardır. Bəlkə kimsə mənim adımdan istifadə edib". 

İfaçı əməkdar artist Elza Seyidcahanın fikirlərini də cavabsız qoymayıb:

"Mən Elza xanımın xətrini çox istəyirəm. Sadəcə olaraq mənim geyimlərim haqda danışıb. Mənim elə geyimim var ki, rahatdırsa 5-10 dəfə geyinə bilərəm. Camaat mənim səhifəmə baxıb geyinir, mən heç kimi səhifəsinə baxıb geyinmirəm".  

Günay həmkarı Samir Cavadzadənin onu təkrarçılıqda ittiham etməsinə də biganə qalmayıb:

"Samirə məsləhət görərdim ki, tənbəlliyin daşını atıb bir az iş görsün. O cür sənətin var, səndə olan səs heç kimdə yoxdur. Məndə bir-birinə oxşasa da mahnılarım, yenə də işləyirəm ".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.