Şou-biznes

Xalq artisti "bir ədəd azərbaycanlı" ilə bağlı yol polisinə səsləndi - FOTO

14 Mart 2018 09:47
25 Şərh     Baxış: 7 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasının pozulması faktını ifşa edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı paytaxtın Yasamal rayonu, H.Cavid prospekti ilə H.Məcidov (keçmiş B.Bağırova) küçəsinin kəsişməsində dayanma-durma qaydasını pozmuş avtomobilin fotolarını çəkərək sosial şəbəkədəki hesabında paylaşıb.

Məlumata görə, 99-KH-853 dövlət nömrə nişanlı "Toyota Land Cruiser Prado" avtomobili piyadaların hərəkət yolunda park edilərək onların hərəkətinə mane yaradıb.

İfaçı bundan əsəbiləşərək avtomobilin sürücüsünü qanunları saymayan və yalnız öz rahatlığını düşünən "bir ədəd azərbaycanlı" adlandırıb.

O, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədova da çağırış edərək, həmin sürücü barədə ölçü götürülməsini istəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.