Şou-biznes

30 yaş "cavanlaşan" Flora Kərimova ilk dəfə eynəksiz - FOTO

24 Fevral 2018 15:30
23 Şərh     Baxış: 4 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Flora Kərimova ilə Lalə Məmədovanın konsertində rastlaşdıq. Tədbirə eynəksiz qatılan müğənni fotokameramıza poz verib.

Milli.Az bildirir ki, illərə meydan oxuyan sənətkar yenicag.az-a açıqlama verərək bu günlərdə yayılan fotolarından da danışıb:

"Anar məni elə bəzədi, elə bəzədi ki, heç kim tanımadı. Yazdılar ki, cavanlaşmışam, gözəlləşmişəm. Vallah, məni sevən o gözəl gözlər məni elə görür, haram gözəldir ki? Yaxından baxın, gözəl-zad deyiləm".

Bu yaşında da cazibəsini qoruyub saxlayan sənətkar gözdən, bədnəzərdən qorxurmu?

76 yaşlı xalq artisti sualımızı belə cavablandırdı:

"Heç vaxt bədnəzərə inanmadım. Kim ki buna inanır, demək, psixoloji cəhətdən zəif insandır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.