Şou-biznes

"Qızla nəsə yaşamaq mənim üçün başağrısıdır" - Çingiz Mustafayev - VİDEO - FOTO

14 Fevral 2018 13:26
5 Şərh     Baxış: 4 208

Milli.Az bildirir ki, ARB Ulduz-un "Virtual Həyat" proqramının növbəti müsahibi müğənni Çingiz Mustafayev olub.

"Sən" adlanan yeni klipində xanım tərəf müqabili seçməyən müğənni, qrupu ilə bərabər kamera önünə keçib:

"Kimlərsə baxımlı olsun, gündəm yaratsın deyə klipdə qızları çəkir. Bu, siyasətdir. Klipdə gözəl bir qız varsa, mahnı artıq ikinci planda qalır. İzləyici klipə baxmır, həmin qıza baxır. Mən istəmirəm ki, mahnım ikinci dərəcəli olsun.

Klipdə qız çəkmək, onunla nəsə yaşamaq mənim üçün başağrısıdır. Mən rahatlıq sevən insanam. İstəmirəm ki, artıq-əskik danışsınlar. Sözsüz ki, artıq danışmaları məni narahat etmir, ancaq belə halda başım sakit olur".

Çingiz bu gün ətrafında kifayət qədər xanım fanatın var? Tarkan kimi sən də öz fanatınla evlənərsənmi?

"Nəinki fanatımla, insan düşməni ilə belə evlənə bilər. Ən sevmədiyi adamla belə evlənə bilər. Təcrübəmə əsalanaraq deyirəm ki, hansısa məclisdə bir oğlan xoşuma gəlməyib. Mənfi enerjisi olub. Ancaq müəyyən zaman ötdükdən sonra biz dost, qardaş olmuşuq. Eynilə qız-oğlan münasibətində də bu cür ola bilər".

Çingiz Mustafayevlə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Zeynäb · 14 Fevral 14:4942

    Allah başinin yayligina bax. Qurban olum qeyratli oglanlarimiza.

    Cavab yaz
    • Anonim
      Точно · 14 Fevral 16:5142

      Nənəm gecələr yatanda eynilə belə ləçək bağlayır başına

      Cavab yaz
  • Anonim
    Hi · 14 Fevral 15:0131

    Booo bu niye bugundedu?

    Cavab yaz
  • Anonim
    nino · 14 Fevral 17:0731

    Elə qızlar ölür sənin üçün

    Cavab yaz
  • Anonim
    cccp · 15 Fevral 00:1900

    Kül kişi başina

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.