Şou-biznes

"Evdə konsertlər verirəm" - VİDEO - FOTO

16 Dekabr 2017 18:06
1 Şərh     Baxış: 2 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"un "Virtual həyat" proqramının növbəti qonağı Azərbaycanda yaşıyıb bu ölkənin mədəniyyəti, xüsusilə musiqisilə nəfəs alan türkiyəli sənətçi Oya Ergün olub.

Əvvəllər Azərbaycanda kiçik ev konsertləri olsa da, sənətçi hazırda öz evini konsert salona çevirə bilir:

"Evdə konsertlər verirəm. Bir dostum var, o, deyir ki, əvvəllər, onsuz da, Azərbaycanda ev konsertləri tez-tez təşkil olunurdu. Çox əyləncəli olurdu. Mən Türkiyədə yaşayanda da, Avropada olanda da ev konsertlərinin içərisində böyümüşəm. Bu konsertlər mənim vazkeçilməz bir parçamdır.

Bu, yüzilliklər boyu davam edən bir ənənədir. Bu, mənim yaratdığım bir fikir deyil. Dünyanın hər bir bölgəsində bir çox sənətçi evində konsertlər verir, musiqiçilər dəvət edirlər".

Azərbaycan dilini də yaxşı səviyyədə bilən Oya xanımın danışığından, ifa etdiyi mahnılardan bunu aydın hiss etmək olur:

"Xüsusi diqqət yetirirəm ki, mahnılarımda Azərbaycan dilini yaxşı səviyyədə təqdim edim. Orada heç bir xəta qəbul etmirəm. Gündəlik ünsiyyət zamanı daha çox Türkiyə türkcəsindən yararlanıram. Çünki ətrafımda kifayət qədər Türkiyədən gəlmiş insan var. Düşünürəm ki, yaşadığın ölkənin dilini yaxşı başa düşüb, o dildə də yüksək səviyyədə danışmağı bacarmalısan".

Oya Ergünlə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Bir çox sənətçi öz evində ..." - Oya Ergün

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.