ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun final gecəsi baş tutub.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu veriliş bu dəfə fərqli formatda başlayıb. Əvvəlki finallardan fərqli olaraq maşın çəkiliş meydançasında olmayıb. Murad Dadaşov artıq maşının qalibinin bəlli olduğunu bildirib və bu gecə qalibin adının açıqlanacağını bildirib.
15-ci sürətin bağlanış mərasiminin açılışını isə Rəhim Rəhimli edib.
Rəhimin ifasından sonra maşın tarixində fərqlənən iştirakçıların mükafatlandırılma mərasimi başlayıb. "Maşın" realiti şousunun ən dözümlü iştirakçısı adına Xatirə İslam, ən kövrək iştirkaçısı DJ Çina, ən çox səs toplayan iştirakçı xalq artisti Mübariz Tağıyev (94,94 fazi səs toplayıb), ən çox iştirak edən şəxs Günel Ələkbərova, şounun ağsaqqalı, xanəndə Teymur Mustafayev, unudulmaz iştirakçısı reper Hüseyn Dərya (mükafat mərhum reperin oğluna hədiyyə olundu), şounun ilk ulduzu rejissor Kənan Mahmudov, ən qalmaqallı iştirakçı nominasiyasına isə Pərvin Abıyeva və Səidə Sultan layiq görülüblər. Lakin Pərvin Abıyeva o günləri xatırlamaq istəmədiyini deyərək mükafatdan imtina etdiyindən hədiyyə Səidə Sultana təqdim olunub. "Maşın" şounun dostu nominasiyası isə hacı Nurana təqdim olunub.
"Maşın" şounun əsas hədiyyəsi isə Talıb Taleyə təqdim olunub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində