Şou-biznes

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 08:39
32 Şərh     Baxış: 5 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan ARB-də yayımlanan "Xalqın şairi" verilişinin münsifliyindən gedib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin bu gün ikinci buraxılışı yayımlanan layihə ilə yolları qəfil ayrılıb. 

Qeyd edək ki, Elzanın şeir müsabiqəsinin münsifləri arasında yer alması ilk gündən etirazla qarşılanmışdı. Daim yazdığı şeirlərlə insanların gülüş obyektinə çevrilən, ələ salınan sənətçinin bu dəfə özünün "qiymət" verməyi narazılığa səbəb olmuşdu. İnsanlar telekanalın atdığı bu addımı tənqid edib, Elzanın şeir müsabiqəsində münsif olmağını Azərbaycan poeziyasının gülünc vəziyyətə salınması kimi qiymətləndirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.