Kimisi yaradıcılığı ilə bağlı qastrol səfərlərinə çıxır, kimisi isə şəxsi iş dalınca gedir. Bəs görəsən isti yay günlərində onlar istirahət üçün hara üz tuturlar?
Milli.Az xəbər portalı bu sualla bəzi tanınmışlara müraciət etdi.
Xalq artisti Nazpəri Dostəliyeva: "Təbii ki, il boyu gərgin iş prosesindən sonra gərək yaxşıca istirahət edəsən. Amma neyləmək olar ki, yay aylarında da, necə deyərlər, "işimiz başımızdan aşır". Hələ qarşıdakı 2 ay ərzində görüləsi o qədər işim var ki. Məhz bu üzdən vaxt tapan kimi əzizlərimizlə sadəcə, bağ evimizə yollana bilirəm. Bu il heç bir yerə gedə bilməyəcəm".
Xalq artisti Faiq Ağayev: "Hələlik, bu haqda dəqiq məlumat verə bilmərəm. Çünki mən adətən, istirahətə 1 həftə qalmış məkan barədə fikirləşirəm. Çox vaxt uzaq ölkələrə səyahət etməyi xoşlayıram. Neçə ildir arzusundayam ki, Dominikan Respublikasına gedim. Hər zaman olduğu kimi sakit istirahəti sevirəm. Çox vaxt tək istirahət etməyi xoşlayıram. İstirahətdə təxminən 7 gün və ya 14 gün qala bilirəm".
Xalq artisti Yaşar Nuri: "Yay ərzində heç yerə getmək fikrində deyiləm. İstirahətimi Bakıda keçirəcəyəm. Bir də ki, mən müalicə üçün yenidən Türkiyəyə getmək fikrindəyəm".
Müğənni Sevda Yahyayeva: "Əslində çox istərdim ki, digər ölkəyə gedib yaxşıca istirahət edim. Amma işlərim çoxdur. Ola bilsin, avqust ayında 10 günlük istirahətə getdim. Dünyanın istəlin yeri ola bilər. Dəqiq bir məkan seçməmişəm. Onu bilirəm ki, bu istirahət ancaq avqust ayında baş tuta bilər".
Müğənni Nura Suri: "Bu yay da hər il olduğu kimi, ailəlikcə Türkiyəyə səfər etmək istəyirdik. Amma planlarım dəyişdi. Çünki evimi yenidən təmir etdirirəm. Çox istəyirdim bütün ailəmi başıma toplayıb, 1 həftəlik Türkiyəyə gedəm. Amma evimə görə alınmadı. Elə bu səbəbdən də istirahətimizi bağ evimizdə edəcəyik. Yenə də ailəmlə, əzizlərimlə birgə olacağam".
Müğənni Xuraman Şuşalı: "Əgər həkimlər icazə versə, planlarımız çox böyükdü. Ancaq uşağımız hələ körpədir. Həkimər məsləhət bilsə, getmək istədiyim bir neçə yer var - Türkiyə, Dubay. Oraları həm gəzmək istəyirəm, həm də alış-veriş etmək fikrim var. Ailəmlə birgə getməyi planlaşdırıram. Bildiyiniz kimi, mənim yoldaşım rejissordur. Digər ölkələrə getsəm, orada mənə klip çəkəcək. İstəyirəm fərqlilik olsun. Amma bununla yanaşı, mamamı Yessentukiyə aparmaq istəyirəm. Müalicə almasına ehiyacı var. Bir sözlə, planlarım çox böyükdür".
Müğənni Elnur Məmmədov: "Ailə həyatı qurandan sonra əgər vaxtımız olsa, o zaman Avropa ölkələrinə bal ayına gedəcəyik. Amma düşünmürəm ki, vaxtım olsun. Təsəvvür edin ki, toyun səhəri günü məni dövlət tədbirinə çağırıblar".
Birgə istirahət edən məşhurlar
Müğənnilər Rəhim Rəhimli və Röya Ayxan
Rəhim Rəhimli: "Hər zaman olduğu kimi, mən bu yay da sevdiyim Türkiyədə istirahət edəcəm. Amma bu il bir az fərqli olacaq. Çünki bu yay mənim və həmkarım Röyanın ailəsi ilə birgə Türkiyənin Quş Adasına istirahətə gedəcəyik. Bir həftə istirahət etməyi düşünürük".
Prodüser Tarix Əliyev (Tolik) və stilist Anar Ağakişiyev
Tolik: "Bu il stilist Anarla qeyri-adi istirahət etməyi düşünürük. Belə ki, gəmi ilə 14 günlük kruizə çıxmağı planlaşdırırıq. Bu kruizə viza almamaq üçün ya İstanbuldan ya da İtaliyadan gedilir. Bu səfəri ilk dəfə olaraq, iyul ayında həyata keçirməyi planlaşdırırıq. Həmin kruiz gəzintisində çox zaman 1000-1500 nəfər insan olur. Çox istəyirik ki, alınsın. Amma "Titanik" gəmisi kimi batmasaq, yaxşı olar".
Mələk
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanlı məşhurlar bu yay harada istirahət edəcəklər? - SORĞU
9 İyun 2011 09:30
Baxış: 485

DİGƏR XƏBƏRLƏR
-
Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
-
Ürəyi dönər istədi, Ankaradan Antalyadakı villasına dönərçi gətirtdi - FOTO
-
Şirvanda ata ilə oğul boğuldu
-
Arif Babayevin son görüntüsünü paylaşdı - VİDEO
-
Yenə Nigara söz atdı, özü tənqid HƏDƏFİ OLDU: "Qoca kaftar..." - VİDEO
-
Bakıda konsertini ləğv edən müğənni TƏHDİD OLUNUR - Sedat Pekerin adı qarışdı - VİDEO
XƏBƏR LENTİ
-
Hər gün şokolad yemək sağlamlığa zərərdirmi, yoxsa faydalıdır?
-
Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı - VİDEO - FOTOlar
-
Azərbaycan-İran sərhədində insdent - 6 kq marixuana aşkarlandı - FOTO
-
Zelenski Putinə danışıqlar təklif etdi
-
Yaxın Şərqin səma qambiti: İsrailin üstünlük dövrü başa çatır?
-
Ukrayna Aİ-yə üzv olmaq üçün eynicinsli nikahları tanımalıdır
-
Bu gün 41 dərəcə isti GÖZLƏNİLİR
-
Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Daha bir ölkədə güclü zəlzələ oldu
-
Bu şənbə dörd bürcü uğur dalğası bürüyəcək: Onlardan biri sən ola bilərsənmi?
-
"Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir" - Bayden
-
Azərbaycan qazı Ukraynada: Trans-Balkan marşrutu ilə yeni enerji xəritəsi
-
Qatığın içinə 1 qaşıq əlavə edib yeyin - Şişkinliyi kökündən yox edir
-
Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi
-
Səhər oyana bilməyənlər bunu etsin
-
Saç niyə tökülür və keçəlliyə çarə varmı? - Mütəxəssislər izah edir
-
40 dərəcə istidə niyə çay içirik?
-
Kondisionerlər bu halda zərərlidir
-
Gənclərin unutqanlıq probleminə səbəb nədir?
-
50 yaşdan sonra qadınların uzun və sağlam yaşaması üçün 6 vacib vərdiş
-
III Dünya müharibəsinə səbəb ərazi iddiaları olmayacaq: 300-ə yaxın bölgə risk altında
-
İsrailin hava limanına ballistik raketlər atdılar
-
Ürəyi dönər istədi, Ankaradan Antalyadakı villasına dönərçi gətirtdi - FOTO