- Sevda, həyatın necə keçir?
- Həyatımda hər şey yaxşıdır. İşlərim öz yolunda gedir. Artıq məni sevənlərlə "Dinlə" albomunun imza mərasimi keçirmişəm. Fanatlarımla şəkillər çəkdirib, söhbət etmişik. Bu, mənə çox xoşdur.
- İstədiyin fanat kütləsini toplaya bilmisən?
- Yaxınlaşıb, "Səni çox istəyirəm" deyənlər çox idi. Allaha şükür, yaxşıdır.
- Sevdanı insanlara sevdirən nədir?
- Təvazökar olmağım və sadəliyim. Məni tanıyanlar bilir ki, özümdən razı deyiləm və elə insanları da sevmirəm. Daxilən çox kövrəyəm. Hər kəsə inanıb, özüm kimi qəbul edirəm. Heç kimə qarşı ürəyimdə kin saxlamıram, nifrət bəsləmirəm. Gərək zahirən deyil, daxilən saf olasan. Belə halda, insanlar bunu hiss edirlər.
- Sevda, danışanda uşaq kimi danışsırsan. Nə qədər böyüsən də, özündən bir uşaqlıq havası hiss etdirirsən. Şou-biznes aləmi səni böyütmədi?
- (gülür) Əslində 25 yaşım var. Amma elə balaca qalsam yaxşıdır. Bu bir tərəfdən xoşbəxtçilikdir. Çünki fikirləşirəm ki, 30 yaşım olanda da uşaq kimi görünəcəm. Qocalanda yaşlı görünməyəcəm. Bu da məni sevindirir. Hər bir qadın cavan qalmaq istəyər.
- Bəs kişilər niyə Sevdanı sevirlər?
- Bunu onların özündən soruşmaq lazımdır. Yəqin ki, nəsə bəyənirlər.
- Düzünü de, özünü necə sevdirirsən?
- Mən olduğum kimiyəm. Həyatda necə varamsa, efirdə də eləyəm. Bəlkə də bu sevgi məhz bununla bağlıdır. Necə deyələr, göründüyün kimi ol, olduğun kimi görün. Bəlkə də bu xüsusiyyətim onların xoşuna gəlir. Şükürlər olsun ki, hər şey yaxşıdır.
- Sevib-sevilirsənmi?
- Bu haqda ümumiyyətlə, danışmaq istəmirəm. Mənim üçün əsas olan işlərimdir. Həyatımda hər şeydən önəmli, mənim sənətimdir. İşlərimin qaydasında olduğunu, insanların mənə qarşı xoş münasibətini görəndə xoşbəxt oluram. Həyatımda hər şeydən çox dəyər verdiyim ailəmdir. İkinci planda isə kariyeramdır.
- Bəş şəxsi həyat? Axı yaşın keçə bilər. Heç xəyallarının kişisi barədə düşünmüsən?
- Düzünü desəm yox, bu haqda heç vaxt düşünməmişəm. Hər zaman reallığı sevən birisi olmuşam. Xəyallarla yaşamağı sevmirəm. Hər şey qismətdən asılıdır. Vaxtı çatanda, yəni o insan qarşıma çıxanda, hisslərimi məni sevən insanlarla bölüşəcəm.
Hələlik isə, qarşıda maraqlı layihələrim var. İyunun 4-də solo konsertim olacaq.
Həmin konsertə hazırlaşıram. Möhtəşəm şou nümayiş etdirməliyəm.
Orada maraqlı rəqslər olacaq.
- Əksər müğənnilər, özəlliklə də xanımlar, varlı kişilərə daha çox üstünlük verirlər. Sən necə, kasıb insanla ailə qurarsan?
- Ola bilər. Niyə də olmasın?! Sevgi maddiyyat üzərində qurulmur. Sevgi içdən gələn səmimi duyğular üzərində qurulur. Mənim üçün maddiyyat önəmli deyil. Kasıb olmasına baxmayaraq sevərəmsə, gedərəm.
- Bildiyimizə görə hətta sən də rəqsə gedirsən...
- Bəli. Hazırda rəqqaslarla hazırlaşıram. Maraqlı sinxron rəqslər olacaq. Konsertimə gələnlərin zövq alması üçün əlimdən gələni edəcəm.
- Sənin ilk konsertində həmkarın da səninlə eyni səhnəni bölüb, duet oxumuşdu. Bu dəfə Sevda tək olacaq?
- Hə, bu dəfə tək olacam. Çünki konsert solo olacaq.
- Zamanında sənə dəstək olub, indi yanında olmayan həmkarlarının yoxluğu səni təəssüfləndirmir?
- Qətiyyən! Hamıya uğurlar arzulayıram. Artıq öz ayaqlarım üzərində durmağı bacarıram. İlk karyerama da solo ifaçılıqla başlamışam. Bir çox həmkarlarım ilə də duetlərim olub. Bizim münasibətlərimiz dostluq əlaqələri üzərində qurulub. Təbii ki, bu təkliflər hər iki tərəfdən olub. Hazırda da bir çox yerlərə tək dəvət alıram. Hətta bir çox reklamların üz qabığında çəkilmişəm.
Bu yaxınlarda gözəllik və estetik mərkəzlərin birinin reklamına çəkiləcəm. Niyə də üzülməliyəm? Hər kəs özü nələrəsə nail olmaq istəyir. Heç kimə qarşı nə paxıllığım, nə də kinim var. Yenə də onlara hörmət edirəm. Çünki biz neçə il bir süfrə arxasında çörək kəsmişik.
- Məşhurlaşmağında bəzi həmkarlarının rolu olub. İndi müəyyən pilləyə çatmısan. Uğuruna şərik çıxıb, başına qaxanlar olurmu?
- Xeyir, belə hallar olmur. İnsan gördüyü işi heç vaxt başa qaxmaz. Dostlar arasında anlaşılmazlıqlar hər zaman olur. Mən də kiməsə dəstək ola bilərəm. Belə hal olmayıb, olsa belə, bunu normal qəbul edirəm.
- Bəs xalq artisti Faiq Ağayevlə aranızda nə baş verib?
- Heç nə, hər şey yaxşıdır. Mənim nəinki Faiq Ağayevlə, bütün həmkarlarımla münasibətim çox yaxşıdır. Heç kimə qarşı incikliyim yoxdur.
- Amma mən bildiyimə görə, sənin hansısa hərəkətin Faiq Ağayevin xoşuna gəlməyib...
- Bu söhbət rəqs proqramı ilə bağlı idi, elə orada da qaldı. Sadəcə, həmin şouda ən yüksək xalı ondan gözləyirdim. Tam əksini görmək mənə bir az pis təsir etdi.
- Nə deyib onu qəzəblədirdin?
- Mən bilmirdim ki, o mənə qəzəblənib. Axı mən ona heç nə deməmişəm. Bəlkə incikliyimi hiss edib. Mən ümumiyyətlə, qalmaqalları sevmirəm. Elə şeylərin içində özümü görə bilmirəm. Hər zaman qalmaqallardan qaçmışam. Bu, mənlik deyil.
- Sevda, necə ailədə böyümüsən?
- Mən 1985-ci ildə anadan olmuşam. Ailədə 4 nəfər olmuşuq. Qardaşım anam, atam və mən. Atam 12 il olar ki, dünyasını dəyişib. Hal- hazırda ailəmizdə anam, qardaşım və gəlnimizdir. Anam əvvəl çalışırdı, ancaq indi sırf evdar xanımdır. Qardaşım isə işləyir.
- Atasızlıq sənə hansı çətinlikləri yaradıb?
- Mən uşaqlıqdan işləyirəm. 13-14 yaşlarımdan el şənliklərində oxuyub, evə pul gətirmişəm. Düzdür, qazancımız az idi, mən də az qazanırdım. Amma bu, mənə evimizə pul gətirməyə bəs edirdi. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yetərincə pul qazana bilirəm. Hətta indi anamı da işləməyə qoymuram. 10-12 il səhərdən axşama qədər çox əziyyətli işdə çalışırdı. Bacardığım qədər bütün istəklərini yerinə yetirirəm.
- Yoldaşının olmamasını anana hiss etdirmirsən?
- Yox, çalışıram ki, o, ürəyi istədiyi kimi yaşasın. Hər gün bəlkə də 100 dəfə telefonla danışırıq. Hər həftə anamı görmək üçün Qobuya gedirəm.
- O işlədiyin və əziyyət çəkdiyin vaxtlarda qəribsəmisən ki, kaş atam sağ olardı?
- Bunları düşünməmişəm, həyatdı, hər şey ola bilər. Düşünürəm ki, insan bəlli yaşdan sonra ailəsinin himayəsində deyil, öz ayaqları üzərində durmağı bacarmalıdır. Mən hər zaman bu prinsiplə yaşamışam. Heç vaxt yadıma gəlməyib ki, anamdan pul alım. Əksinə, mən ona pul vermişəm.
- Ən çox nədən qorxursan?
- Tək qalmaqdan! (fikrə gedir). Çox qorxuram...
- Amma hazırda tək yaşayırsan. Bu, səni darıxdırmır?
- Bəli, olur ki, darıxıram. Amma işlərim çox olanda darıxmaq yada düşmür. Studiyadan gecə gələndə ancaq əl-üzümü yuyub, yatıram. Lap çox darıxanda isə anamı görməyə gedirəm.
- Sevdanın etibarını qazanmaq üçün neynəmək lazımdır?
- İndiki zamanda bir çox insanlara etibar etmək, onları tanımaq olmur... Bütün əməllərində düz olmaq lazımdır. Baxmayaraq ki, həyatda ideal insan yoxdu, ancaq sadiqliyi bacarmaq lazimdir.
- Bəs prodüserin Pərviz Əsgərova necə, inanırsan?
- Hələki inanıram. Pərvizin prodüserdən əlavə, dost kimi də xətrini çox istəyirəm. O, mənim bütün işlərimə can yandırır, bu zəhmətini də hər zaman dəyərləndirirəm. Gənc olduğuna görə ideaları və həvəsləri çoxdur. İşində hələ məsuliyyətlidir. İnanıram ki, bundan sonra da belə davam edəcək.
- Sənə demirlər ki, "o, hələ cavandır, bəlkə daha peşəkar biri ilə çalışasan?"
- Bəyəm məşhur olmaq o qədər önəmlidir? Müğənnilərin əksəriyəti tanınmışlarla işləməyə can atır. Bəzən hesab edirlər ki, tanınmış bəstəkarın yazdığı mahnı mütləq hitə çevriləcək. Elə gənclərimiz var ki, yazdıqları mahnı bir anda məşhur olur. Pərviz gənc olmasına baxmayaraq, onun çox gözəl ideyaları var. Yadınızdadırsa, idmançı ilə klip çəkdirməyim də məhz onun ideyası idi. Kinoteatrda klipimin təqdimatı da onun fikri idi. Bütün bunlar istər müğənni, istərsə də prodüser üçün vacib şeylərdir.
Hesab edirəm ki, gənclərlə çalışmaq daha yaxşıdır. Mən öz işimə çox məsuliyyətlə yanaşıram. İstəyirəm bu, qarşılıqlı olsun. Təbii ki, elə olmayanda da münasibətlər korlanır. Bir- birimizi başa düşürüksə, o zaman münasibətləri korlamaq nəyə lazımdır?! Münasibətlərimiz yaxşı olarsa, bundan sonra da 20-25 il də çalışa bilərik. Əsas odur ki, işini bacarsın.
- Bacarırmı?
- Əlbəttə bacarır. Onu da qeyd edim ki, Pərvizlə birlikdə iki yeni layihəmiz var. İnşallah, yaxınlarda icrasına başlayacağıq. Həmin mahnılar hələ aranjemana verilməyib.
- Sevda Yahyayeva ulduz həyatı yaşayır?
- Mən insan kimi yaşayıram. Ulduz sözü mənə gülməli gəlir.
- Axı deyirlər, sən ulduzsan...
- Mən doğrudan ulduzam? Heç də belə düşünmürəm.
- Yaxşı, çörəyin qiymətini bilirsən?
- Bilirəm, 30-40 qəpiyə çörək var. Razıyam, bəzi həmkarlarım çörəyin qiymətini belə bilmirlər. Mən isə elə deyiləm, hamısını bilirəm. Dükana gedib, evimə lazım olan bütün ərzaqlarımı alıram. İnsanlarla isti münasibət qurmaq mənim üçün çox önəmlidir. Özündən razı olmaq mənlik deyil. Məni də bu səviyyəyə adi insanlar gətirib. Mən onlara qarşı hörmətsizlik edə bilmərəm.
Həyatda ən gözəl hal insanının sadəliyidir. Təbii ki, bizim sənətin insanları digər peşə sahiblərindən fərqlənir, ancaq ulduz olmaq mənə yaddır. Tamaşaçılar səni qaldırdıqları kimi, bir anın içərisində yerə də vura bilərlər. Buna görə də həmişə onlarla sadə olmağa çalışmışam.
Mələk
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sevda Yahyayeva: “Mənim nəinki Faiq Ağayevlə...”
1 İyun 2011 09:30
Baxış: 1 167

DİGƏR XƏBƏRLƏR
-
Ebru Gündeş boşandıqdan sonra tamam dəyişdi - gənc qıza bənzəyir - FOTO
-
Efirə üzərində 122 min manatlıq geyim və zinət əşyaları ilə gəldi - VİDEO
-
248 gündür həbsdə idi, azadlığa buraxıldı - FOTO
-
İlk dəfə qızı ilə görüntüsünü paylaşdı - FOTO
-
Aktrisa açıq-saçıq geyiminə görə məsuliyyətə cəlb olundu
-
Selena Qomezin əri onun soyadını götürdü - FOTO
XƏBƏR LENTİ
-
Bu məktəbdə 1 və 2-ci siniflərə dərslər birlikdə keçilir - VİDEO
-
"Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub edib - YENİLƏNİB - VİDEO
-
"İdman öncəsi bu tibbi müayinələr vacibdir" - Həkimdən XƏBƏRDARLIQ
-
Ebru Gündeş boşandıqdan sonra tamam dəyişdi - gənc qıza bənzəyir - FOTO
-
3 bürc üçün böhran dövrü başlayır
-
Paşinyan Vaşinqton razılaşmasından danışdı
-
Sabah bu ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
-
"Onların dövründə dövlət yox idi"
-
Boşanmaq istəyən qadın bıçaqlandı
-
SSRİ-də niyə qapılar içəri açılırdı? - qəribə səbəb
-
"Damarlarınızın şişməyini istəmirsinizsə bu formada yatın" - Açıqlama
-
Dünyanın sonunun dəqiq tarixi açıqlandı
-
Efirə üzərində 122 min manatlıq geyim və zinət əşyaları ilə gəldi - VİDEO
-
"Diş ətində yaranan problemlər orqanizmdəki anormallıqların siqnalıdır"
-
"Kəpəz"in yeni baş məşqçisi məlum oldu
-
Azərbaycanda yeni tikilən çoxmərtəbəli binalarla bağlı qərar verildi
-
Adnan Əhmədzadənin mülk siyahısı: Milyonluq evlər...
-
İlham Əliyev Danimarkaya səfər edib - VİDEO - FOTO
-
MN-dəki 6 milyonluq yeyintiyə görə zabitə ağır cəza
-
3 QHT sədri cinayət məsuliyyətinə cəlb edildi
-
248 gündür həbsdə idi, azadlığa buraxıldı - FOTO
-
Azərbaycanlı futbolçu ispaniya klubuna TRANSFER OLUNDU
-
"Qarabağ" "Kopenhagen"ə 0-5 UDUZDU
-
İsmayıllının jurnalı çıxacaq - İcra hakimiyyəti 45 min manat ayırdı