Müğənni Xatirə İslam həmkarlarına söz atıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Bizimləsən" verilişində bir çoxlarının oxumasını başa düşmədiyini bildirib:
"Bir çox müğənnilər var ki, onlar oxuyanda tələffüz aydın başa düşülmür. Bu çox vacib amillərdən biridir. Müğənni var ki, nə qədər qulaq asıram, anlamıram, hansı sözü deyir. Bunlar arasında xalq artistləri, böyük ifaçılar da var".
X.İslam xanəndələrin geyimlərindən də bəhs edib:
"Alim Qasımovun qeyimi neçə adamın içindən seçilir. Hər zaman sərbəst və rahat geyinir. Qalan bütün muğam ifaçılarımız kostyumdan istifadə edirlər".
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Facebook səhifəmizə üzv olun.
Milli.Az