Şou-biznes

"Ola bilsin kimsə məni yaddan çıxarıb"

19 Noyabr 2015 18:05
27 Şərh     Baxış: 1 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Samira Allahverdi sakitliyi ilə seçilməyə üstünlük verir.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "MUZ TV"yə açıqlamasında deyib:

"Mübariz insan deyiləm. Vaxt var idi mən mübariz idim, indi isə həyat mənim gözümə başqa cür görünür. Bəlkə də, bu sənətdə belə sərf etmir. Çünki şou-biznes gündəmdə olmağı tələb edir. Başqası bir ayda 2 mahnı yazdırırsa, mən bir ildə iki mahnı yazdırıram. Bu da tənbəllikdən irəli gəlmir, sadəcə çox seçim edirəm".

S.Allahverdi səs yarışmalarına münsif kimi dəvət olunmamasından söz açıb: 

"Gündəmdə çox olmadığım üçün ola bilsin kimsə məni yaddan çıxarıb. O da onların işidir. Hansısa layihədə yoxamsa, bu, mənim üçün qlobal bir problem deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.