Şou-biznes

Aybəniz Haşımova: "Sən mənim qəlbimin hər nöqtəsində vuran ürəyimsən"

21 Avqust 2015 13:33
30 Şərh     Baxış: 7 977
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əməkdar artist Aybəniz Haşımova ad günü münasibətilə özünü təbrik edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə qızı Aynişanla bağlı təəssüratlarını da bölüşüb:

"Bu gecə qismət olsa, anamın məni dünyaya gətirdiyi günə qədəm qoyacam. Amma mən hesab edirəm ki, əsl doğum günüm qızım Aynişanın ömrümə gəldiyi gündür. Sən mənim qəlbimin hər nöqtəsində vuran ürəyimsən. Sən nə qədər xoşbəxt olursansa, mənim ömrüm o qədərdir. Mənim təmənnasız sevgim, dünyam, varlığım, oğlum, qızım, aldığım nəfəsim, sabahım. Dünyada ən böyük səadət ana olmaqmış. Onu mənə sən bağışladın. Ürəyimi istəsən məndən, deyərəm, yar, apar, halalın olsun. Anamın bizə bəxş etdiyi doğum günümüz mübarək olsun".

Qeyd edək ki, A.Haşımovanın ad günü avqustun 22-dədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.