Şou-biznes

Məşhur türk seriallarının aktrisaları nə qədər qazanır?

28 Yanvar 2011 14:13
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Doğan" agentliyinə istinadən xəbər verir ki, hazırda iki türk serialında əcnəbi aktrisa rol alır. Bunlar biri əslən türk olan almaniyalı aktrisa Meryem Sahra Userlidir. 27 yaşlı aktrisa "Muhteşem Yüzyıl" serialında Hürrem Sultan rolunu canlandırır. Digər əcnəbi aktrisa isə "Öyle bir geçer zaman ki" serialına dəvət edilib. 27 yaşlı Vilma Elles serialda Karolin rolunu ifa edir. İki almaniyalı aktrisanın Beren Saat və Tuba Büyüküstün kimi yerli aktrisalardan daha az qonorar aldığı məlum olub.

Meryem Sahra Userli hər seriyaya görə 10 min lirə (6295 dollar), ayda isə 40 min (25 min 173 dollar) qazanır. Vilma Elles hər seriyaya görə 5000 lirə (3146 dollar), ayda isə 20 min lirə (12 min 584 dollar) alır. Ailəsindən ayırılıb İstanbula köçən Meryem Sahra Userli üçün kirayə ev də tutulub.

Türkiyəli aktrisaların hər seriyaya görə qazancı isə belədir:
- Beren Saat: 35 min lirə
- Tuba Büyüküstün: 30 min lirə
- Özgü Namal: 30 min lirə
- Bergüzar Korel: 25 min lirə
- Cansu Dere: 20 min lirə.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.