Bu günlərdə müğənni İlhamə Quliyeva həmkarı Flora Kərimovanın yaradıcılığı barədə dedikləri ilə hər kəsi təəccübləndirdi. Belə ki, müğənni "A-dan Z-yə" verilişinin qonağı olarkən F.Kərimova ilə bağlı xoş sözlər söylədi. Onun sənətinin, səs diapazonunun böyük olduğunu, onda olan səs imkanlarının heç bir xanım müğənnidə olmadığını və ona Allahdan cansağlığı arzu etdiyini bildirdi.
Bu açıqlamadan sonra uzun illərdir ki, küsülü olan bu xanım müğənnilərin barışacağı güman edilirdi.
Xalq artisti Flora Kərimova musavat.com-un əməkdaşına bu barədə açıqlama verib. Müğənninin sözlərindən məlum olub ki, barışıq haqda edilən gümanlar yersizdir:
"Mən onu sənətkar hesab etmirəm və onun mənim yaradıcılığıma verdiyi qiyməti də "siyasi oyun" adlandırıram.
Gərək vaxtında məni məhkəmələrdə süründürəndə, mənəvi zərbə vurmaq istəyəndə bu haqda düşünəydi. Həmin çətin anlarda ona əyilməmişəmsə, ömrümün bu çağında da əyilmərəm. Mən fikrini, yolunu dəyişən insanlardan deyiləm. Heç vaxt onun yalanlarına inanmamışam və bundan sonra da inanmaram.
İlhamə Quliyeva həmişə çalışırdı ki, məni səhnədən, sənətdən uzaqlaşdırsın. Bir vaxtlar səhnədən getdiyim zaman şayiələr yayırdı ki, guya bu məsələdə onun əli var. İndi deyirəm: "İlhamə, bəsdir, yetər bu oyunlar!"
Qeyd edək ki, İlhamə Quliyeva Flora Kərimovanın qızı Zümrüdü çox sevdiyini və onun da özünə qarşı sevgisi olduğunu vurğulayıb.
Flora Kərimova bu barədə də danışıb: "Zümrüd balaca olanda daş-qaşa meylli uşaq idi. İlhamə Quliyeva da efirə, səhnəyə həmişə alabəzək daş-qaşlarla çıxdığından qızımın ona qarşı marağı yaranmışdı. Lakin bu, çoxdan olub.
Zamanında övladlarımın ünvanına şər sözlər, təhqirlər deyən İlhamə Quliyeva indi birdən-birə bu vasitə ilə barışmağa cəhd edir. Görəsən, mənim ailəm, uşaqlarım haqqında dediyi təhqirləri nə tez unudub? Məgər onları bağışlamaq olar?"
Milli.Az
Şou-biznes
Xalq artisti: "Ailəm, uşaqlarım haqqında dediyi təhqirləri nə tez unudub?"
26 Aprel 2015 16:52
2 Şərh
Baxış: 5 252
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur?
- Amerikanın ən varlı məşhur qadınları onlardır - Siyahı
- Aparıcıya 2 saata 15 min verirlər: bəs, bir operanın qonorarı?
- Tez arıqlamaq üçün bu kokteyli hazırlayın
- Atlar niyə ayaq üstə yatır? - MARAQLI FAKT
- Tələbə qızın qaralmaq arzusu başına BƏLA OLDU: Bədəninin 80%-i... - FOTO
- "Bahar"ın çəkilişlərində qalmaqal - Demet işçiləri...
- “Röya xanımı çox sevirəm”
- Şolts Rusiyaya zərbə endirilməsini istəyir - "Politiko"
- Rus ordusu bu şəhərin 70 faizini ələ keçirdi
- Üç funksiyanı söndürsəniz, smartfon daha sürətli işləyəcək
- Yanıq qoxusunu aradan qaldırmağın sadə ÜSULLARI
- Türkiyə "Altay" tanklarının kütləvi istehsalına başladı
- Psixoloji sağlamlığı yaxşılaşdırmaq üçün 5 vərdiş
- Hamilton Şumaxerin rekordunu təzələdi
- İspaniyada baş nazirin həyat yoldaşına qarşı istintaq başlanıb
- 75 yaşı olduğuna heç kim inanmır - İllərə meydan oxuyan qadın - FOTO
- Fransız Polineziyasının hakim partiyası Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığı gücləndirmək niyyətindədir - Klif Lussan - VİDEO
- Britaniyanın Kral Poçtu ilk dəfə əcnəbiyə həvalə olunacaq
- Çiyələklə bağlı xəbərdarlıq: Yedikdən sonra…
- Günün qoroskopu: asan gün deyil
- Unikal xüsusiyyətlərə malik YENİ ŞOKOLAD NÖVÜ
- Mirzoyan iranlı həmkarı ilə regionu müzakirə etdi
- “Şadlıq evimi buna görə satdım”