Şou-biznes

Sevda Yahyayeva: "Elə olur ki, 20-30 manata da paltar alıb geyinirəm" - FOTO

13 Oktyabr 2014 16:08
7 Şərh     Baxış: 4 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Yahyayeva geyimlərindən bəhs edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Onlar" verilişinə açıqlamasında libaslarının qiymətinin bahalı və ya ucuz olmasına önəm vermədiyini deyib:

"Bu boyunbağı çox bahalı daşla düzəldilib. Qolbağım isə mənim üçün ən dəyərli aksesuardır. Timsah formasında qolbaq eksklüzivdir. Çalışacam, bunu hər zaman geyimlərimlə istifadə edim. Timsahla çox bənzəyirik. O da sürünür... Mən də çətinliklə, dişlə-dırnaqla bu yerə gəldim. Geyimlərimin qiymətini açıqlamıram. Belə hallardan utanıram. Mənim üçün qiymət önəmli deyil. Şərt qoymuram ki, mütləq bahalı brend geyinməliyəm. Elə olur ki, 20-30 manata da paltar alıb geyinirəm. Əgər geyimimin qiymətini açıqlasam, deyəcəklər, nə görməmiş qızdır".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.