Şou-biznes

Azərbaycanlı müğənni: "Həyatımda, sənətimdə, sevgimdə, qohum-əqrabalarımda insafsızlar olub"

29 Sentyabr 2014 15:04
1 Şərh     Baxış: 1 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Samir Cavadzadə onu tənbəl adlandıranların "Onlar"da cavabını verib.

Sənətçi deyir ki, səhnədə tez-tez görünmək üçün yaxşı mahnı da olmalıdır. Bu vəzifə də bəstəkarların öhdəsinə düşür.

"Mahnı verin, oxuyaq. Bəstəkarlarımız mahnı göndərirlər, amma hərdən mənə elə gəlir ki, onlar məni duymurlar. Bu sənətə nə toya, nə də pula görə gəlmişəm. Onlar mənim üçün arxa planda olub. Kim ki deyir, Samir tənbəldir... gərək yaxşı dost arxadan danışmasın".

Samir deyir ki, seçdiyi mahnıların əksəriyyətində həyatı əks olunub. Eynilə "İnsafsızlar" mahnısı kimi.

"Şəxsi həyatımda çox ciddiyəm. Daha da sərtəm. Mənimlə heç də asan deyil. Həyatımda, işimdə, sənətimdə, sevgimdə, hətta qohum-əqrabalarımda insafsızlar olub".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.