Şou-biznes

Müğənni Xatun keçmiş həyat yoldaşı ilə görüşəcək

8 İyul 2014 14:30
7 Şərh     Baxış: 20 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatun Əliyeva keçmiş həyat yoldaşı ilə görüşəcək

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi əcnəbi vətəndaş olan keçmiş ərinin bu həftə Bakıya gələcəyini bildirib. Onların yenidən görüşmələrinə səbəb isə Xatunun oğlu Adildir:

"Oğlum bu il orta məktəbi bitirib. Şənbə günü onun imtahanı olacaq. Uzun müddətdir ki, yaradıcı işlərimə ara vermişəm. Hətta İnstagram-da da əvvəlki kimi fəal deyiləm. Bütün fikrimi oğluma yönəltmişəm. Onun imtahana hazırlaşmasına dəstək oluram. Atası da xaricdən Bakıya bunun üçün gələcək. Birlikdə oğlumuzun yanında olacağıq".

Xatun oğlunun şəkillərini mediadan gizlətməsinin səbəbini də açıqlayıb:

"Mənim oğlum bu aləmdən uzaqdır. Hətta onun məktəb yoldaşları da bilmirlər ki, o, Xatunun oğludur, anası müğənnidir. Buna görə də onun fotosunun haradasa yayımlanmasına imkan yaratmıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.