Şou-biznes

Ağadadaş Ağayev qalmaqallı videosundan danışdı: "Bütün məsələlərin içində idi"

17 İyun 2014 12:17
5 Şərh     Baxış: 2 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xalq artisti Ağadadaş Ağayev bir müddət əvvəl mediada yayılan videosundan və xanımından danışıb
Milli.Az axşam.az-ın məlumatına görə, "Xəzər" telekanalında yayımlanan "5/5" verilişinə qonaq olan müğənni deyib ki, kişi küsəndə barışmağı bacarmalıdır:

"Bunun üçün o qədər alternativ yollar var ki... Qadının könlünü almaq asandır. Küsüb yenidən barışanda sevgi daha da çoxalır. Amma gərək qoymayasan küsülülük uzun çəksin. Müğənnilərin işi ağır olur. Evə gec gəlirik. Cəmiyyətin bizdən tələbləri var. Biz millətə məxsusuq".

A.Ağayev aparıcının "Videonuz yayılanda həyat yoldaşınızın reaksiyası necə oldu" sualına isə belə cavab verib:

"O, ən çətin vaxtlarımda yanımda idi. Biz bir-birimizi gözəl tanıyırıq. Keyfiyyətlərimi ailəmdən yaxşı bilən yoxdur. Həyat yoldaşım bütün məsələlərin içində idi. And içirəm ki, bircə kəlmə də demədi. Əksinə mənə ürək-dirək verirdi. Ağıllı insan məsələlərə başqa cür yanaşmalıdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.