Müğənni Nadir Qafarzadə ad gününə bir çox sənətçiləri dəvət etməməsinin səbəbini açıqlayıb
Milli.Az axşam.az-a istinadən xəbər veri ki, ifaçı "Onlar" verilişinə açıqlamasında heç kimi xərcə salmaq istəmədiyini bildirib:
"Ad günümə sənət dostlarımı dəvət etmədim. Nə olsun müğənniyik? Bəlkə, eləsi var ki, pulu yoxdur. Niyə mənə görə borca düşsün? Mən özüm o halları çox yaşamışam. Gün olub ki, ad gününə çağırıblar, nəsə almağa pulum olmayıb. Qazandığım pul ancaq ailəmə bəs edib. Evimdəki hansısa bir əşyanı götürüb getmişəm".Anasından bəhs edən N.Qafarzadə onun vaxtından tez dünyasını dəyişməsinə üzüldüyünü bildirib:
"Heyif ki, bu günlərimi anam görmür. Dünyasını tez dəyişdi. Atam haqqında heç vaxt danışmamışam, onun yaxşı günümü görməməsinə heyifsilənməmişəm. Çünki atamı uşaq vaxtımda itirmişəm, onu çox da xatırlamıram".
Milli.Az





