Müğənni Nadir Qafarzadə ad gününə bir çox sənətçiləri dəvət etməməsinin səbəbini açıqlayıb
Milli.Az axşam.az-a istinadən xəbər veri ki, ifaçı "Onlar" verilişinə açıqlamasında heç kimi xərcə salmaq istəmədiyini bildirib:
"Ad günümə sənət dostlarımı dəvət etmədim. Nə olsun müğənniyik? Bəlkə, eləsi var ki, pulu yoxdur. Niyə mənə görə borca düşsün? Mən özüm o halları çox yaşamışam. Gün olub ki, ad gününə çağırıblar, nəsə almağa pulum olmayıb. Qazandığım pul ancaq ailəmə bəs edib. Evimdəki hansısa bir əşyanı götürüb getmişəm".