Şou-biznes

Aygün Kazımova: "Səhər 7-də ona zəng edirəm..."

14 Yanvar 2014 12:21
3 Şərh     Baxış: 2 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az mövqe.az-a istinadən xəbər verir ki, xalq artisti Aygün Kazımova Snup Dogla duet oxuduqdan sonra artıq məhz o ölkənin ulduzları kimi pəhriz saxlayır. Yeməyinə-içməyinə, yatdığı zamana daha çox diqqət edən sənətçi açıqlamasında bildirib:

"Artıq Hollivud ulduzlarının həyatını yaşayıram. 11-in yarısı yatıb, səhər 7-də oyanıram. Oyanan kimi də dostlarıma zəng edib, oyadıram. Həkimlərim bu rejimi məsləhət görüblər. Vaxtında yatıb-oyanmaq xeyirlidir. Əslində gecə 12-dən 3-ə kimi, həkimlər də deyirlər ki, beyin dincəlməlidir. Mən də buna riayət edirəm. Tez yatıb, tez durmaqla görün neçə saat uduram. Ümumiyyətlə, mən sağlamlıq haqqında çox oxuyuram və insana xeyirli olan, sağlamlığım üçün də çox şey bilirəm".

Xalq artisti dostu Faiq Ağayev haqqında da danışıb. Müğənni səhərlər ən çox Faiq Ağayevə zəng etdiyini açıqlayıb: "Səhər 7-də Faiqə zəng edirəm. Onu yuxudan oyadıram. Nə edim, tez oyanıb, darıxıram. İstəyirəm onlar da oyansınlar. Eqoistliyim var. Çünki nəzərə almıram ki, onlar bəzən məclislərdən gəlib, yata bilərlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.