Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış azərbaycanlı teleaparıcı: "Mən susub-susub birdən "partlayıram"" - FOTOSESSİYA
28 Yanvar 2014 02:00
2 Şərh
Baxış: 4 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış teleaparıcı Zemfira Adıgözəlovanın Milli.Az-a müsahibəsi.
- Aparıcı olmaq çoxdankı arzunuz olub?
- Uşaqlıq arzum aktrisa olmaq olub. Özü də kino aktrisası. Aparıcılıq heç ağlımdan keçməyib. Xəyallarımda həmişə dünya ulduzları ilə birlikdə filmlərə çəkilmişəm. Elə bu arzu ilə də Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşam. Oranın Rejissorluq fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında həm rejissor, həm də aparıcı kimi çalışmışam.
- Sizə ən seksi aparıcı deyə ilk dəfə kim müraciət etdi?
- Dəqiq yadımda deyil. Həm jurnailstlər, həm də tamaşaçılar. Yəni eyni vaxtda oldu.
- Bu adı asanlıqla qəbul etdiniz?
- Əvvəl-əvvəl yox. Daha sonra gördüm ki, bu adı qazanmaq üçün əldən-ayaqdan gedənlər var.
- Sizcə, səndən savayı həmkarlarından bu ada layiq olanlar var?
- Onu tamaşaçılar təyin edir, mən yox...
- Son zamanlar nəyi bəyənmirsiniz?
- Ümumiyyətlə, mənə nəyisə bəyəndirmək çox çətin məsələdir. Adi, fərqlənməyən işləri bəyənmirəm.
- Özünüz nə ilə fərqlənirsiniz bəs?
- Hər bir şeylə. Geyimimdən tutmuş atdığım addımıma qədər fərqlənirəm. Bu, bəzən planlaşdırılmamış şəkildə də olur. Həmişə istəmişəm ki, eynilikdən, adilikdən və standart çərçivədən çıxım.
- Siz getdikcə özünüzlə birlikdə nəyi dartıb "aparmaq" istərdiniz?
- Yaxınlarımın rahatlığını və canlarının möhkəmliyini.
- Hisslərə tez-tez qapılırsınız?
- Deməzdim ki, tez-tez qapılıram. Çalışıram ağlımla hərəkət edim. Amma bəzən olur ki, gözəl bir musiqini dinlədikdə o, məni aparır.
- Daha çox gələcəyə aparır, yoxsa keçmişə?
- O baxır musiqiyə. Musiqi var insanı keçmişə aparır, musiqi var indiki vəziyyətindən xəbər verir, musiqi də var ki, gələcəyə aparır. Ona görə də o, həmin anda hansı musiqini dinlədiyim zaman bilinir.
- Sizi yandırıb-yaxan nədir?
- Mən, ümumiyyətlə, həyatda çox nadir hallarda təəccüblənirəm. O ki qaldı məni nəsə yandırıb-yaxsın. Xeyr, elə bir şey yoxdur.
- Sonuncu dəfə nəyə təəccüblənmisiniz?
- Haqqımda yayılan şayiələrə. Baxmayaraq ki, buna normal baxıram, amma yenə də çox təəccüblənmişəm. Hərdən elə uydurulmuş hadisələr danışırlar ki, adi insanların fantaziyasına heyran oluram (gülür).
- Məsələn, bu vaxtacan sizə ən qəribə gələn şayiə hansı olub?
- Bir çoxları. Sonuncu dəfə eşitdiklərimdən biri budur ki, guya məni rayonlarımızdan birində tədbirdə görüblər. Özü də mənə məxsus olmayan bir avtomobildə. Halbuki, mən həmin rayonda heç bir zaman olmamışam və deyilən avtomobil markasında avtomobilim də olmayıb.
- Nədən çəkinirsiniz?
- Çəkindiyim elə bir şey yoxdur. Sadəcə olaraq, qorxduğum budur ki, Allah mənə cəza vemək üçün yaxınlarıma, doğmalarıma bir ağrı, acı verə bilər. Bu, məni həmişə düşündürür və çəkindirir.
- Sizi özünüzdən nə çıxarda bilər?
- Axır zamanlar məni heç nə özümdən çıxartmır. Hər şeyə o qədər normal baxıram ki, sanki emosiyalarım da susub. Mən susub-susub birdən "partlayıram". Onda yer-göy titrəyir... Amma bu, çox nadir hallarda baş verir.
- Sonuncu dəfə belə "partlayış" nə zaman olub?
- Hələ bu partlayış gözlənilməkdədir (gülür).
- Bu, nə ilə əlaqədar olacaq?
- Hələ ki, susmağa üstünlük verirəm.
- Deyilənə görə, heyvanları çox sevirsiniz...
- Bəli, iti, pişiyi və atı çox sevirəm. Hətta evimdə pişik də saxlayıram. Bundan başqa, delfinə, balıqlara və quşlara da çox böyük marağım var.
- Sizcə, bu il sizin üçün necə olacaq?
- At muraddır. Bu il də at ili olduğuna görə, düşünürəm ki, mən də öz muradıma çatacam. Bir də at at oynadanları sevir. Odur ki, meydan at oynadanlarındır...
Cavidan Abdullayev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
XƏBƏR LENTİ
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti