Həmişə bahalı maşınları, qiymətli daş-qaş və geyimləri ilə gündəmi zəbt edən şou əhli Yeni İl öncəsi bahalı yolkaları ilə diqqət çəkib. Milli.Az movqe.az-a istinadən şou əhlinin bəzədikləri yolkaların qiymətini təqdim edir.
Aparıcı Ülvira Qarayeva: "Qızım artıq böyüyüb. 14 yaşı var. Sonuncu dəfə yolkanı keçən il almışıq. Təxminən 200 manat olardı. Ancaq üstündə bəzəkləri, oyuncaqları ilə birgə o qiymətə almışıq. Bu il də yolka quracağıq və Yeni ili sevə-sevə qeyd edəcəyik".
Prodüsser Tolik: "Mənim yolkam keçən ildən qalıb. Amma mən bu bayramı çox sevirəm və ən bahalı yolka əşyaları alıram. Hətta şaxta babanı Moskvadan alıb, gətirmişəm. Meksikadan isə xüsusi yolka bəzəkləri almışam".
Müğənni Bilal Əliyev: "Xalqım necə, məndə elə. Ola bilər 5 aşağı 5 yuxarı olsun. Yolkanı 70 AZN-ə almışam. Yeni İl üçün hazırlığa isə 300 AZN xərcləmişəm".
Aparıcı Murad Arif: "2 il öncə yolka almışam. Tam xərclərim yadıma gəlmir. Amma yolka 1000 AZN-ə yaxın qiymətdə idi".
Rəqqasə Aytən: "2 ildir eyni yolkadan istifadə edirəm. 100 AZN-ə almışam".
Müğənni Elnarə Xəlilova: "Yeni İl hazırlıqlarına pul xərcləməmişəm. Çünki mənim "appaçilərim" qoymayacaq ki, bu yolka heç olmasa 2 saat salamat qala... ".
Müğənni Nadir Qafarzadə: "Uşaqlarımın 17-18 yaşları var. Artıq yolka qurulması onlar üçün də, bizim üçün də maraqsızdır. Qurmayacağıq. Yolkanı da çoxdan almışıq. Yeni il xərclərinə isə o qədər də pul xərcləməyəcəm. Çünki soyuducum doludur. Soyuducuda ət də, balıq da, toyuq da var. Şükür Allaha ki, Allah bu imkanı verir və biz də canımıza baxmalıyıq. Çünki 5 günlük dünyadır. Bir də anam məni doğacaq? Yox, əlbəttə ki... Düzdür, imkansız insanlar da var. Onları da başa düşürəm ki, bayramdan bayrama yaxşı yemək yeyirlər. Amma normal imkanı olanlar yaxşı qidalanmalıdır ki, xəstələnməsinlər. Onsuz da, xəstələnəndən sonra iynə-dərmana o pulu sərf edəcəklər. Ondansa pul xərcləsinlər, yaxşı qidalansınlar, simiclik etməsinlər".
Prodüsser Təranə Səmədova: "Deməli, mənim 4 yaşlı qızım var. Ona görə mütləq yolka bəzəməli idim. Amma elə yolka ki onun əli çata bilməsin. Yoxsa o yolkanın ömrü max. 1 saat çəkər. Onun üçün balaca bir küknar ağacına 40 AZN verib, almışam. Oyuncaqları, zərləri və işıqları da öz yerində... Amma mənim qızım bununla kifayətlənməyib, məni yenə 40 AZN xərcə saldı. Bu dəfə də mənə Şaxta baba və Qar qız aldırdı. Özü də, hər ikisi də olmalı idi".
Müğənni Lətifə Soysöz: "Yeni İl bayramını çox sevirəm. Hər il bu bayrama xüsusi hazırlaşıram. Evimin dekorundan tutmuş, hər şeyə xüsusi fikir verirəm. Elə ona görə də çox pul xərcləyirəm. Amma keçən illərdən qalan əşyalar da olur. Hələ ki tam alış-veriş etməmişəm. Amma 1000 AZN xərcləmişəm. Amma bir-iki günə alış-verişim tamamlanacaq. Yolkanı isə 650 AZN-ə almışam".
Müğənni Yaşar Yusub : "Yolkanın qiymətini açıqlamaq istəməzdim. Amma ki mən bu il Yeni İl keçirtməyəcəm. Çünki Məhəmməd peyğəmbərin vəfatı günüdür".
Meyxanaçı Namiq Qaraçuxurlu: "Bu il Yeni İli qeyd etməyəcəm. Yolka qurmamışam. Çünki bu il Məhəmməd peyğəmbərin vəfatı günüdür".
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Şou əhli Yeni İl yolkasına nə qədər pul xərclədi?
20 Dekabr 2013 16:12
6 Şərh
Baxış: 4 886

DİGƏR XƏBƏRLƏR
-
"O evdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur"
-
Kənan M.M.-i məhkəməyə verir - FOTO
-
"Maraqlanırdılar ki, nə vaxt öləcəm"
-
"Namiq Aygün Kazımovanın yanında oxumaqla akademiya bitirdi" - VİDEO
-
Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - efirdə dava düşdü - VİDEO
-
"Ülvira ilə 4 ay küsülü qaldıq" - VİDEO
XƏBƏR LENTİ
-
"O evdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur"
-
İraqda 50 nəfər yanaraq öldü - Matəm elan edildi - VİDEO
-
Kənan M.M.-i məhkəməyə verir - FOTO
-
Qarabağda güzəştli şərtlərlə ev almaq istəyənlərə ŞAD XƏBƏR
-
“Suriya xalqı müharibədən qorxmur” - Əhməd Əl Şaraa
-
Laçında yanğın olan ərazi tam nəzarətə götürülüb - yenilənib - VİDEO
-
Siberian Wellness qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
-
Daha bir portuqaliyalı futbolçu faciəvi şəkildə ÖLDÜ
-
Avtomobilinizdə batıqlar var? - Ustaya getmədən özünüz belə bərpa edin
-
Bu qəsəbənin bəzi hissəsində işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Daha iki valyuta bahalaşdı - Manata təsiri olacaq?
-
“Qarabağ”ın ÇL-dəki rəqibi bəlli oldu
-
"Maraqlanırdılar ki, nə vaxt öləcəm"
-
Yolunuz açıq olsun: Bu bürclər üçün həyat yenidən başlayır
-
"Namiq Aygün Kazımovanın yanında oxumaqla akademiya bitirdi" - VİDEO
-
Həkim böyük qarının gizli təhlükələri barədə xəbərdarlıq edir
-
Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
-
37 il deputat olan siyasətçi kirayə haqqına görə mənzilindən qovuldu
-
Bədəni elektrik stansiyası kimi işləyir: 860 volt istehsal edən balıq rekorda imza atdı
-
Bağça yaşlı uşaqlar neçə dil bilməlidir?
-
Həkim: Xərçəngdən sağ qalma nisbəti 50 il ərzində 4 dəfə artacaq
-
Mirzə Babayev kimdir? - Kəpənəyin dalınca qaçan sənətkar
-
Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - efirdə dava düşdü - VİDEO
-
“Dedi ki, yoldaşımı vurmuşam, kömək edin” - təfərrüat - yenilənib