Hər həftə yerli şou-biznesə maraqlı mövzular gətirən "Olduğu kimi" verilişinin növbəti qonağı, qalmaqallı müğənnilər sırasında özünə məxsus şəkildə yer alan müğənni Nadir Qafarzadə oldu. Milli.Az xəbər portalının məlumatına görə, verilişin aparıcısı Mikayıl Güləddinoğluna ürəyini açan N.Qafarzadə, ilk olaraq uzun müddət küsülü qaldığı xalq artisti Faiq Ağayevin başına gələn hadisəni şərh etdi: "Bu hadisə hər birimizin başına gələ bilərdi. Mən artıq onun yanında olmuşam. O, xəstəxanada olan müddətdə 3 dəfə ona baş çəkmişəm. Bizim münasibətlərimiz çox soyuq idi. Hətta deyərdim ki, buz idi. Amma məhz bu hadisədən sonra buzlar mən tərəfdən əridi. Söz-söhbət gəzdi ki, mən oradan Faiqin qardaşı tərəfindən qovulmuşam və mənə qarşı pis münasibət olub. Xeyr, mən oradan bir dəfə qovulsaydım, sonra 3 dəfə ora getməzdim. Mən gedib Faiqin qardaşı və anası ilə də görüşmüşəm. Onlara təskinlik vermişəm. Artıq mənim heç bir müğənni ilə problemim yoxdur. Artıq olduq 100 %".
Çəkiliş zamanı müğənni daha bir maraqlı açıqlama verdi. Belə ki, onun kəbindən kənar 20 yaşında bir oğlu var imiş. Serqey adlı oğlunun indi harada olmasından bixəbər olan müğənni həyat tarixçəsini aparıcı ilə bölüşdü: "Mənim oğlumun babası yüksək rütbəli şəxs olub və olan-qalan bircə qızını başqa şəhərə köçməsinə icazə verməyib. Mən biləndə ki, artıq ata olacağam, özüm onların yaşadığı şəhərə köçmək qərarına gəldim. Buna isə mənim anam mane oldu. Anam qəti şəkildə onları istəmədi və məni evləndirdi. İndi mənim çox xoşbəxt ailəm var. Düzdür, Serqeyi görmək tez-tez ürəyimdən keçir. Yəgin ki, onun soyadı Qafarov olar - Serqey Qafarov!".
Veriliş zamanı hər şeyi olduğu kimi tamaşaçılara danışan müğənni bir sıra açıqlamalar verdi. Müğənnin sözlərinə görə, tamaşaçıların ona yaraşdırdığı "Əjdaha" ləqəbindən xoşu gəlmir: "Mən burdan bu söhbət barədə rəsmi açıqlama vermək istəyirəm. Mən əjdaha deyiləm. Ola bilsin mən güclü insanam, iradəliyəm. Amma əjdaha deyiləm".
Sonda, rejissor Aynurə Tahirqızının dəvət etdiyi qonaq müəmmalı bir şəxs oldu. Gənc olmasına baxmayaraq kifayət qədər məşhur olan bu ifaçını Nadir tanımadı. Verilişin sonunda Nadirə qoşulan bu şəxslə müğənni arasında maraqlı söhbətlər getdi.
Yeni qalmaqallara səbəb olan bu söhbətlərdən xəbərdar olmaq istəyirsinizsə, bu həftənin cümə günü saat 22:00-da gözünüz Space TV-nin efirində yayımlanan "Olduğu kimi" verilişində olsun!
Mələk
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Nadir Qafarzadənin nikahdan kənar 20 yaşlı oğlu var: “Onun adı Serqey Qafarovdur!”
14 Oktyabr 2010 09:00
Baxış: 959

DİGƏR XƏBƏRLƏR
-
"O evdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur"
-
Kənan M.M.-i məhkəməyə verir - FOTO
-
"Maraqlanırdılar ki, nə vaxt öləcəm"
-
"Namiq Aygün Kazımovanın yanında oxumaqla akademiya bitirdi" - VİDEO
-
Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - efirdə dava düşdü - VİDEO
-
"Ülvira ilə 4 ay küsülü qaldıq" - VİDEO
XƏBƏR LENTİ
-
"O evdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur"
-
İraqda 50 nəfər yanaraq öldü - Matəm elan edildi - VİDEO
-
Kənan M.M.-i məhkəməyə verir - FOTO
-
Qarabağda güzəştli şərtlərlə ev almaq istəyənlərə ŞAD XƏBƏR
-
“Suriya xalqı müharibədən qorxmur” - Əhməd Əl Şaraa
-
Laçında yanğın olan ərazi tam nəzarətə götürülüb - yenilənib - VİDEO
-
Siberian Wellness qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
-
Daha bir portuqaliyalı futbolçu faciəvi şəkildə ÖLDÜ
-
Avtomobilinizdə batıqlar var? - Ustaya getmədən özünüz belə bərpa edin
-
Bu qəsəbənin bəzi hissəsində işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Daha iki valyuta bahalaşdı - Manata təsiri olacaq?
-
“Qarabağ”ın ÇL-dəki rəqibi bəlli oldu
-
"Maraqlanırdılar ki, nə vaxt öləcəm"
-
Yolunuz açıq olsun: Bu bürclər üçün həyat yenidən başlayır
-
"Namiq Aygün Kazımovanın yanında oxumaqla akademiya bitirdi" - VİDEO
-
Həkim böyük qarının gizli təhlükələri barədə xəbərdarlıq edir
-
Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
-
37 il deputat olan siyasətçi kirayə haqqına görə mənzilindən qovuldu
-
Bədəni elektrik stansiyası kimi işləyir: 860 volt istehsal edən balıq rekorda imza atdı
-
Bağça yaşlı uşaqlar neçə dil bilməlidir?
-
Həkim: Xərçəngdən sağ qalma nisbəti 50 il ərzində 4 dəfə artacaq
-
Mirzə Babayev kimdir? - Kəpənəyin dalınca qaçan sənətkar
-
Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - efirdə dava düşdü - VİDEO
-
“Dedi ki, yoldaşımı vurmuşam, kömək edin” - təfərrüat - yenilənib