Ötən həftə "Olduğu kimi" verilişinin çəkilişlərindən imtina edən meyxanaçı Mehman Əhmədli bu dəfə inadından döndü. Milli.Az xəbər portalının məlumatına görə, həmkarı Namiq Mənanın verilişdə iştirak etdiyi üçün çəkilişə gəlməyən M.Əhmədli bu dəfə bütün ürək sözlərini aparıcı Mikayl Güləddinoğluna dedi. Namiq Mənaya kəskin emosiya ilə cavab verdi. N.Mənanı meyxana sənəti "bədihə" adlandırmasına etiraz edən M.Əhmədli iddia edir ki, Namiqin dediyi sözlər tamamilə yalandır. Onun meyxanaya qoyduğu "bədihə" adı səhvdir: "Namiq kitab oxusaydı, belə sözlər danışmadı".
Ötən çəkilişdə Namiq demişdir ki, Mehman onun yanına meyxana deməyi öyrənməyə gəlib və elə onun qarşısında imtahan verib. Mehman bunu da cavabsız qoymadı: "Mən elə özüm Namiqi meyxana öyrənməyə dəvət edirəm. Onun dedikləri isə kökündən yanlışdır. O, mənə imtahan verməlidir. Hər kəs bilir ki, mən ustadam və mənim nə qədər tələbələrim var. Bəs Namiqin tələbələri kimdir? O, bu sənətə gələndən biz onun meyxana deməyinə gülmüşük. Çünki o, qafiyələri belə tanımır" - deyə Mehman Əhmədli ürəyindəkiləri dilinə gətirdi.
Onu da qeyd edək ki, verilişin rejissoru Aynurə Tahirqızı bu dəfə tək Mehman Əhmədlini deyil, meyxanaçı Elşən Xəzəri və professor Nizami müəllimi də dəvət etmişdi. Verilişdə qonaq olan hər 3 sənətkar Namiq Mənaya qarşı çıxdılar. Professor Nizami müəllim isə Namiq Mənanın meyxana sənətində hələ püxtələşmədiyini iddia etdi: "Sənətkar sözü Namiqə yaraşmır. O, bu sənətdə hələ az işlər görüb. Onun meyxananı "bədihə" adlandırmağı isə günahdır. Namiq Mənanın bu mənada tutduğu yol bizim mədəniyyətimizə uyğun gəlmir" - deyə professor bildirib.
Verilişin sonunda həmkarına qoşulan Elşən Xəzər də "meyxana" adının müdafiəsi üçün kifayət qədər faktlar göstərdi. O da iddia edir ki, Namiq Mənanın meyxana sənətinə yaraşdırdığı ad səhvdir.
Sonda onu da qeyd edək ki, verilişdə bir çox maraqlı və qalmaqallı söhbətlər oldu. Daha nələr baş verdiyini öyrənmək istəyirsinizsə, bu cümə saat 22:30-da Space TV-nin efirini qaçırmayın.
Verilişin informasiya dəstəyi Milli.az xəbər portalına məxsusdur.
Mələk
Milli.Az
Uyğun link:
Meyxanaçı Namiq Məna həmkarı haqda: "O mənimlə görüşəndə sevincindən bir ay əlini yumurdu"
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Meyxanaçı Mehman Əhmədli: "Namiq Məna bu sənətə gələndən onun meyxana deməyinə gülmüşük”
6 Oktyabr 2010 11:37
Baxış: 6 378

DİGƏR XƏBƏRLƏR
-
"Vaxtında dönər aldıqlarım, indi cipdə gəzir"
-
"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"
-
Aparıcının qızı xəstəxanalıq oldu - FOTO
-
Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi
-
Məşhur müğənninin oğlu parkdan ölü tapıldı - FOTO
-
"Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"
XƏBƏR LENTİ
-
"Bavariya"-"Flamenqo" matçında 6 QOL
-
Pakistanda yağışa görə 45 nəfər öldü
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
İyulun bəxtəvər bürcləri - pula pul deməyəcəklər
-
225 min sürücü 2025-ci ilin ən yaxşı avtomobilini seçdi
-
Dünya robot müharibəsinin astanasında: Həkim, daşıyıcı, minadüzən, nəhayət…
-
Qara pişik - Bədbəxtlik, yoxsa uğursuzluq?
-
Dolğu etdirmək istəyənlərə qorxunc xəbərdarlıq - Bədəniniz çürüyə bilər
-
Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!
-
Boşanma uşaqlarda ölüm riskini 55 faiz artırır - Narahatlıq doğuran yeni ARAŞDIRMA
-
Yaxın günlərdə xoş xəbər alacaq 5 bürc
-
"Vaxtında dönər aldıqlarım, indi cipdə gəzir"
-
Günün qoroskopu: gələn xəbərlər sizi sevindirə bilər
-
Nazir vurma cədvəlini bilmədi
-
Rusiyada baş verən hadisələr bu ölkədə diskriminasiya xarakterli siyasətin getdikcə daha da gücləndiyini göstərir - AÇIQLAMA
-
15 yaşa qədər qız uşaqları peyvəndlənsin – Həkimlərdan ÇAĞIRIŞ - VİDEO
-
Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır
-
“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO
-
“Qarabağ” formasında! - VİDEO - FOTO
-
Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI
-
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalıyla bağlı açıqlama yayıb
-
Yekaterinburqda həbs edilən həmyerlimizin vəkili danışdı
-
Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir
-
Mahir Emreli "Kayzerslautern"də ikinci qolunu vurdu