Xalq artisti, tanınmış muğam ifaçısı Mələkxanım Əyyubova aznews.az-a müsahibəsində xanəndələrlə bağlı ittiham irəli sürüb.
Sənətkar bildirib ki, 30 ildə "Rast" muğamının bir ifaçısı olub:
"Otururlar muğam müsabiqəsində, guya ad çəkmirlər, "Rast"dan danışırlar. Otuz ildə "Rast"ı bir qadın oxuyub, o da mənəm. Onların hərəkətinə, səviyyəsinə sənətimlə cavab verəcəyəm. Onlar daxillərindəki paxıllığı öldürə bilmirlərsə, mən nə edim?"
Əməkdar müəllim, muğam ifaçısı Qəzənfər Abbasov isə aznews.az-a açıqlamasında Mələkxanım Əyyubovanın səsinin "Rast" muğamı ilə qətiyyən uzlaşmadığını bildirib: "Bu muğamı mərhum sənətkarlarımız Həqiqət Rzayeva və Gülxar Həsənova gözəl oxuyublar. Onlardan sonra "Rast"a muğam ifaçısı Bəsti Sevdiyeva müraciət edib. Bu günlərdə isə Muğam Mərkəzində Mələkxanım Əyyubovanın ifasında eşitdim.
Amma bir müəllim kimi deyə bilərəm ki, Mələkxanım "Rast"ın öhdəsindən 100 faiz gələ bilmədi. Onun səsi bu muğama düşmürdü. O, deyə bilər ki, "Mahur-hindi" muğamını yaxşı oxuyub. "Rast"ı onun kimi oxuya bilmədi. "Rast" dolu, ağır səs istəyir. Mələkxanımın isə səsi özü kimi oynaqdır".
Xalq artisti Mənsum İbrahimovun fikrincə, "Rast" muğamı kişi səsi üstündədir: ""Rast" muğamını bizim qadın xanəndələrimizdən Səkinə İsmayılova, Bəsti Sevdiyeva və Mələkxanım Əyyubova oxuyublar. Müraciət edirlər. Ancaq deyirlər ki, "Rast" kişi muğamıdır. Ona görə kişi muğamıdır ki, orada maye şöbələri oxumaq qadın üçün çətindir. Bu muğam zil səs istəyir. O baxımdan deyirlər ki, qadınlar daha çox "Şahnaz", "Qatar" muğamlarını oxuyurlar".
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Muğam ifaçıları arasında qalmaqal düşdü: "Səsi də özü kimi..."
30 Oktyabr 2013 14:53
1 Şərh
Baxış: 8 984

DİGƏR XƏBƏRLƏR
-
Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..."
-
Ofeliyadan kişilərə: “Ananızı arvadlarınızın ayağına verməyin!” - VİDEO
-
"Sinəmi kiçiltdiyimə görə peşmanam"
-
2 milyonluq avtomobil hədiyyə edilən “Komedixana” aktyoru kimdir? - FOTO
-
Nəfəsin çayına maddə qatdılar, səsi batdı
-
Pərviz: “Gecə 3-də elə adam zəng edər ki, qorxudan...” - VİDEO
XƏBƏR LENTİ
-
Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir
-
Əhalinin DİQQƏTİNƏ! - Saat 10:00-da...
-
ZAMANIN ƏLƏYİ - Rafael Hüseynov yazır
-
Egey dənizində güclü zəlzələ oldu - Əhali təşviş içində
-
Rubl bahalaşdı, avro ucuzlaşdı - Dolların qiyməti də... - RƏSMİ
-
Xəzərdə zəlzələ oldu
-
Bu plastik əməliyyatlara icazə verilməyəcək
-
Ramiz Rövşənin səhhətində problem yarandı
-
UEFA Avropa Liqasının qalibi bəlli oldu
-
Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan
-
Azərbaycanda stomatoloqlara 1800 manat "plan" qoyulub? - VİDEO
-
Çirkli hava bu xəstəliyi inkişaf etdirir
-
2025-ci ildə Yer kürəsini 50-yə qədər maqnit fırtınası gözləyir
-
Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..."
-
Azərbaycanda iş tapmaq niyə çətinləşib? - VİDEO
-
İkibaşlı ilan hər kəsi təəccübləndirdi
-
Tələbənin kəşfi Ginnesin Rekordlar kitabına düşdü
-
140 min illik tapıntılar dünyanı şoka saldı
-
Ölümcül xəstəliyin gizli əlaməti - Barmaqlardakı bu dəyişiklik sizi xəbərdar edir - FOTO
-
Bu meyvəni yeyənlər rahat yuxu yatır
-
Telefonu belə tutanlara ciddi xəbərdarlıq - Xəstəlik yaradır
-
İsti hava elektrikli avtomobillərin performansını necə azaldır?
-
Elan saytlarından avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
-
Netanyahu: İsrail bir şərtlə atəşkəsə razıdır