Şou-biznes

Soner Sarıkabadayının səhhətində problem yarandı - FOTO

3 May 2026 10:14
Baxış: 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məşhur müğənni Soner Sarıkabadayı Trabzon konserti öncəsi xəstəxanadan etdiyi paylaşımla pərəstişkarlarını narahat edib.

Milli.Az xəbər verir ki, 47 yaşlı sənətçi səhhətində problem olduğunu bildirib.

Soner Sarıkabadayı qeyd edib:

"Bura Trabzondur, xəstəlik məni qətiyyən narahat etmir. Saat 21:00-da səhnədə olacağam".

Müalicədən sonra vəziyyəti stabilləşən müğənni səhnəyə çıxaraq sevənləri ilə görüşüb.

Sarıkabadayı 2015-ci ildə "Tarifi zor" adlı mahnısının klip çəkilişi zamanı Camelo Lopez ilə tanış olub. Cütlük 2020-ci ildə ailə qurub və həmin il ilk övladları Hasan Matias dünyaya gəlib. Münasibətlərini mediadan uzaq yaşamağa üstünlük verən cütlük bir neçə ay əvvəl ikinci övladlarını gözlədiklərini açıqlamışdı. Daha sonra sənətçi ikinci dəfə ata olduğunu "Canım oğlum Ali Qabriel Sarıkabadayı" sözləri ilə bildirib. /Musavat.com

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.