Şou-biznes

"İllərdir məhkəmələrdə mübarizə aparıram, işə baxan yoxdur"

20 Sentyabr 2025 15:06
Baxış: 407
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. 

Milli.Az xəbər verir ki, buna səbəb Oqtayın aliment ödəməməsi və onun sosial şəbəkədə canlı yayımda Ayseli təhqir etməsi olub. Belə ki, Oqtay Ayselə 20 min manata yaxın aliment ödəməlidir. 

Aysel bildirib ki, məhkəməsi illəridir davam edir və işə baxılmır:

"Bu günə qədər heç bir qurum işimə normal şəkildə baxmayıb. Hər kəs uzadır və yola verir. İş istintaqdadır, amma yenə də işi araşdıran, baxan yoxdur. İllərdir məhkəmələrdə mübarizə aparıram. Həm şərəf və ləyaqətim alçaldılıb, həm də aliment verilmir".

Qeyd edək ki, Oqtay sosial şəbəkədə canlı yayım açaraq Ayselin ünvanına təhqirlər yazıb. Aysel qarşı tərəfi məhkəməyə verib. O, eyni zamanda keçmiş həyat yoldaşının əkiz uşaqları üçün aliment ödəmədiyini, onun 20 minə qədər borcu olduğunu deyib./axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.