Şou-biznes

Azərbaycanlı müğənni: "Sev­gi boş şey­dir..."

27 İyul 2012 11:22
0 Şərh     Baxış: 1 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Populyar müğənni Səbinə İlyasovanın oxumeni.az-a müsahibəsini müəyyən ixtisarlarla təqdim edirik.

- Özünüz haq­da mə­lu­mat ve­rər­diniz?

- Mən h­eç vaxt heç kimə tə­vəl­lü­dümü de­mə­mi­şəm. Bu gün sizə deyəcəm. 1959-cu ildənəm, 52 ya­şım var. Əs­lim Xı­zı­dan­dır, Si­yə­zən­də ana­dan ol­mu­şam. 24 ya­şın­da 1 oğlum var.

Asəf Zey­nal­lının mu­si­qi sin­fi­ni bi­tir­mi­şəm. Nə­ri­man Əli­ye­vin tə­lə­bə­si ol­mu­şam. 33 il­dir, pe­şə­kar sə­nət­də­yəm. "Dan Ul­du­zu"nun so­lis­ti ol­mu­şam. 1983-cü il­dən Xan­kəndidə
Mu­ğam Mü­sa­bi­qə­si­nin so­lis­ti ol­mu­şam. 1980-ci il­də Alim Qa­sı­mov 1-ci olub. 1983-cü
il­də 1-ci ye­ri Mu­ğam mü­sa­bi­qə­sin­də mən tut­mu­şam. Mət­bu­at mən­dən ya­z­dı. Bu­nu da Rə­şid Beh­bu­dova çat­dı­rıblar.

O vax­t rəh­mət­lik Rə­şid Beh­bu­dov so­list ax­ta­rır­dı. Heç ki­min sə­si­ni bə­yən­mir­di. Elə ol­du ki, mə­nim ifam Rə­şid mü­əl­li­min xo­şu­na gəl­di. Çün­ki xa­ri­ci öl­kə­lə­rə qas­trol sə­fər­lə­ri­nə
ge­dir­di. İn­san ye­mək ye­yən­də çən­gəl-bıça­ğı ne­cə tu­tur­sa, Rə­şid mü­əl­lim ona ki­mi fi­kir ve­rir­di. Əsas səh­nə mə­də­niy­yə­ti, gö­zəl səs tem­bri­nə gö­rə mə­ni qə­bul elə­di. İlk də­fə
Fü­zu­li ra­yo­nu­na get­dik. Oxu­dum səh­nə­də, çox bə­yən­di. 1989-cu ilə qə­dər - Rə­şid
Beh­bu­dov rəh­mə­tə ge­də­nə ki­mi - onun ansamblının so­lis­ti ol­dum. İna­nın, hər­dən
təd­bir­lər olur, ge­di­rəm. Səh­nə hə­min səh­nə - otaq­lar hə­min otaq. Gö­zü­mün qa­ba­ğın­dan ke­çir Rə­şid mü­əl­lim. Hər də­fə köv­rə­li­rəm, yer ta­pa bil­mi­rəm özü­mə. O ab-ha­va üçün
da­rı­xı­ram, evə gə­lən ki­mi ağ­la­yı­ram. İn­di hər şey baş­qa cür olub. Rə­şid mü­əl­li­min ab-ha­va­sı yox­dur. Çox xoş­bəx­təm ki, Rə­şid mü­əl­lim­lə bir səh­nə­ni pay­laş­mı­şam. Çox­la­rı Rə­şid mü­əl­lim­lə bir səh­nə­də ol­maq üçün həs­rət çə­kib­lər.

- Ne­cə ol­du ki, bu sə­nə­ti seç­di­niz?

- Mən uşaq­lıq­dan oxu­mu­şam. Rəh­mət­lik anam bağ­ça mü­di­rə­si idi, hə­mi­şə də xor­da mən oxu­yur­dum. Bö­yü­dük­cə fi­kir­lə­şir­dim ki, anam mü­dir­dir de­yə mə­ni oxu­dur­lar. Son­ra gör­düm ki, get­dik­cə bü­tün təd­bir­lər­də mən oxu­yur­am. İlk mü­əl­li­mim Nə­ri­man mü­əl­lim olub. Düzü, bir az ai­lə prob­le­mim ol­du, sə­nə­tim­də boş­luq ya­ran­dı. İn­di is­tə­yi­rəm o
boş­lu­ğu dol­du­rum.

İn­di ba­xır­san, ofi­si­ant iş­lə­yən, ma­ğa­za­da iş­lə­yən, apa­ra­tu­ra da­şı­yan da bu sə­nə­tə gə­lir. Mən heç ki­mi qı­na­mı­ram. Am­ma mə­nim is­te­da­dım olub ki, bu sə­nət­də­yəm. Mu­si­qi
sa­va­dım güc­lü­dür. Əv­vəl­lər bir ka­nal var idi - AzTV. H­ər mu­si­qi­çi­ni, oxu­ya­nı rəh­mət­lik
El­şad Qu­li­yev qoy­maz­dı çı­xıb oxu­sun, cid­di ya­na­şar­dı. İn­di isə sə­si olan da, olma­yan da, sə­nət­dən xə­bə­ri ol­ma­yan da bu sə­nət­də­dir.

Mən bu sə­nə­tə gə­lən­də qar­da­şım, atam na­ra­zı ol­du­lar. Son­ra elə ol­du ki, qar­da­şım
təh­si­li ilə bağ­lı Le­nin­qra­da get­di. H­əmin ili anam məni Asəf Zey­nal­lı­ adına məktəbə,
rəh­mət­lik Nə­ri­man mü­əl­li­min ya­nı­na apardı. O da mə­nə "Ba­ya­tı-Kürd" mu­ğa­mı­nın bir par­ça­sı­nı öy­rət­di, be­ləcə mən qə­bul ol­dum. Ana­mın gö­zəl sə­si olub. 3 il­ keçdi. Qar­da­şım gə­lən­dən son­ra na­ra­zı­lıq et­mək is­tə­di, anam irə­li dur­du: "Mə­nə oxu­maq qis­mət ol­ma­dı, heç ol­ma­sa, qı­zım oxu­sun", - de­di və be­lə gəl­dim bu sə­nə­tə, son­ra ta­nın­dım. 33 il­dir
sə­nət­də­yəm.

- Bə­zi mü­ğən­ni­lər var ki, si­zin oxumaq tər­zi­nizi bə­yən­mirlər. Onlara
mü­na­si­bə­ti­niz ne­cə­dir?


-  Mə­ni kim­sə bə­yən­mir, bu tə­bii­dir. Am­ma han­sı­sa sə­nə­ti ol­ma­yan bə­yən­mir­sə, mən
elə­lə­ri­ni say­mı­ram. Çün­ki elə­lə­ri­nin sə­nə­ti yox­dur. Mən bu sə­nət­də uğur qa­zan­mı­şam. Sə­nət­kar­lar o sö­zü de­yə bil­məz­lər. 1 gün rəh­mət­lik H­acı­ba­ba H­üsey­no­vun dər­si­nə
gəl­mə­yən­də mən­dən kü­sür­dü. Bi­lal Əli­yev­lə bir yer­də təh­sil al­mı­şam. H­amı şa­hid­dir. Kim­sə 1-ci par­ta­da otu­ran­da müəllim dur­ğu­zub mə­ni otur­du­r­du. H­amı­ya da de­yir­di ki, bu­ra Sə­bi­nə­nin ye­ri­dir. Mə­ni Emel Sa­ya­na ox­şa­dır­dı.

Oxu­yan­da heç vaxt bə­zi­lə­ri ki­mi rəqs et­mə­mi­şəm. Səh­nə mə­də­niy­yə­ti­nə üs­tün­lük
ver­mi­şəm. Emel Sa­yın da hə­mi­şə oxu­yan­da cid­di olub. Mə­nim 3 ok­ta­va­lı səs­lə
oxu­ma­ğım hə­mi­şə hamını heyran edib. İn­di zi­lə qal­xır­san, de­yir­lər, qış­qı­rır. O bəd­bəxt­lər bil­mir­lər, ok­ta­va nə­dir. Sə­sin tem­b­ri ol­ma­lı­dır. İn­di­ki­lə­rin 99%-i da­nı­şıq tem­b­ri ilə oxu­yur. İfada ancaq qar­mo­nun, klar­ne­tin, skrip­ka­nın sə­si eşidilir. Əvvəl­lər ra­dio­da qu­laq asır­dın, bi­lir­din ki, oxu­yan kim­dir. İn­di isə qə­tiy­yən se­çil­mir səs­lər. H­amı­sı bir-bi­ri­nə ox­şa­yır.
Qu­laq asan­da da elə bil da­nı­şır­lar. Bə­zi­lə­ri çox sa­vad­sız­dır, ina­nın, ürə­yim ağ­rı­yır. Ay
ya­zıq in­san­lar, sə­sim ol­ma­say­dı, məni H­abil Əli­yev, Rə­şid Beh­bu­dov bə­yən­məz­di­, 1983-cü il­də Mu­ğam Mü­sa­bi­qə­si­nin lau­rea­tı ol­maz­dım. Məni bəyənməyənləri də canlı ifa ilə duelə çağırıram.

- Uşaq­lığınızı necə xatırlayırsınız?

- Ev­də pia­ni­no var idi, ifa edə bil­mir­dim. Öz-özü­mə oxu­yur­dum. H­eç ya­dım­dan çıx­maz, rəhmət­lik qar­da­şım əsə­bi hal­da de­yir­di, bun­dan mü­ğən­ni ola­caq. Mə­ni dö­yür­dü, ağ­la­ya-ağ­la­ya qış­qı­rır­dım, onun da ürə­yi yum­şa­lır­dı. Mən də de­yir­dim, mən mü­ğən­ni ola­ca­ğam - Zey­nəb Xan­la­ro­va ola­ca­ğam.

- Oxu üs­lu­bu­nuz melizm­lə­rin zən­gin­li­yi ilə se­çi­lir. H­ət­ta bə­zən bir mah­nı­da həd­dən çox xır­da­lıq­lar edir­si­niz. Sə­bəb nə­dir?

- Rəh­mət­lik Nə­ri­man Əli­yev hə­mi­şə de­yir­di ki, sə­nə ske­let ve­ri­rəm, onu ət­lə dol­dur.
Sə­nin ürə­yin ol­ma­lı­dır, bey­nin ol­ma­lı­dır. Deməz­dim, çox xır­da­lıq edi­rəm, çox xır­da­lıq
et­mə­yin ye­ri yox­dur. H­ər mah­nı ürək tə­ləb edir. Bir mah­nın ürək­siz oxun­sa, ki­mə
la­zım­dır? H­eç ki­mə. İna­nın, elə olur, stu­di­ya­da 10 də­fə oxu­yu­ram, mah­nı­dan bəs­tə­kar, re­jis­sor ra­zı­dır, mən yox. Tə­zə­dən ifa edi­rəm ki, bu his­sə xo­şu­ma gəl­mə­di. Özüm­də
hə­mi­şə yenilik ax­ta­rı­ram. Ya­zı­ğım gə­lir bə­zi mü­ğən­ni­lə­rə. Çox gö­zəl mah­nı­la­rım var. Qoy han­sı­sa mü­ğən­ni gö­tü­rüb oxu­sun da. Çə­tin oxu­sun. Çün­ki qə­liz, çə­tin mahnılardır. Ürək la­zım­dır, səs la­zım­dır.

- Sizcə, sə­nət­dən sui-is­ti­fa­də edib pul qa­zan­maq olar?

- Şou-biz­nes­də əsas mad­diy­yat­dır. Pu­lun yox­dur­sa, sə­nə­ti­ni nü­ma­yiş et­di­rə bil­məz­sən. Ürə­yim part­la­yır ki, pu­lum yox­dur, la­yi­hə­lər­lə üzə çı­xa bil­mi­rəm. Bir tə­rəf­dən pu­la nif­rət edi­rəm, bir tə­rəf­dən se­vi­rəm. Pu­lu ol­ma­yan in­san məhv olur. Arzularımı yal­nız xə­yal­la­rım­da qu­ru­ram. Mə­nim nə im­ka­nım, nə də sponsorum yox­dur ki, la­yi­hə üzə­rin­də ça­lı­şım.

- Sirr de­yil­sə, toy­la­ra ne­çə­yə ge­dir­si­niz?

- İlk də­fə sizə de­yi­rəm. Bə­zi mü­ğən­ni­lər var ki, de­yir, 4 mi­nə, 5 mi­nə ge­di­rəm, on­lar ki­mi ya­lan de­mə­yə­cəm. Toya 1 sa­at­lıq 300 ma­na­ta, bü­tövlükdə 500 ma­na­ta ge­di­rəm. Az
ye­yi­rəm, gün­də ye­yi­rəm. Qal­dı ki, 2 mi­nə ge­dən mü­ğən­ni­lə­ri toya 400-500 manata aparmışam. Ge­dən­də de­yir ki, de­mə bu qiy­mə­tə gəl­mi­şəm. Gə­rək ya­lan da­nış­ma­ya­san.

- Mən­də olan mə­lu­ma­ta gö­rə, si­z toyların birində ev yi­yə­si ilə bö­yük
prob­lem ya­şa­mı­sı­nız. Mümkünsə, bu məsələyə aydınlıq gətirərdiniz.


- H­ar­adan bil­di­niz? Çox ma­raq­lı­dır mə­nə. Şəm­kir­də olub bu hadisə, ya­lan de­mə­yə­cəm. To­yun or­ta­sın­da bir kişi içib gə­lib de­di ki, mə­nim­lə oy­na­ya­caq­san. De­dim, oy­na­ma­ya­ca­ğam, mən rəq­qa­sə de­yi­ləm. Bir də gör­düm ki, bü­tün apa­ra­tu­ra­nın ş­nur­la­rı­nı qı­rıq-qı­rıq eləyib. Mə­ni pa­lat­ka­nın ar­xa­sın­a qa­çırt­dı­lar.

Bir dəfə də Şəmkir toyunda bir paç­ka pul qoy­dular qarşıma. Dedilər ki, "Bu ge­cə" mah­nı­sı­nı "beyjə" oxu, de­dim, oxu­mu­ram. On­da da da­va düş­dü.

- İlk sev­gi­niz ne­çə ya­şın­da olub?

- Or­ta mək­təb­də olub.

- Se­vib ai­lə qur­du­nuz?

- Mən he­sab edi­rəm ki, sev­gi boş şey­dir, gə­rək­ hör­mət edə­sən. İn­di se­vgi ilə qurulan ailələrin 99%-i da­ğı­lır. Sə­bəb də odur ki, ni­yə mə­nə qarşı diq­qət­li de­yil? Söz-söh­bət­lər olur, ai­lə da­ğı­lır. Mə­nim hə­yat yolda­şım Oq­tay İs­ma­yı­lov­dur. Mən sev­mə­mi­şəm,
hör­mə­tim olub, ai­lə qur­mu­şam.

- Bəs ne­cə ol­du ki, Oq­tay mü­əl­lim­lə ta­nış ol­du­nuz, ai­lə qur­du­nuz?

- Mən in­di­yə ki­mi xoş­la­ma­mı­şam ai­ləm haq­qın­da da­nı­şım, am­ma ye­nə si­zə de­yi­rəm. Mə­nim yol­da­şım çox sa­vad­lı, aris­tok­rat in­san­dır. O vaxt Ra­fiq Ba­ba­yev Rə­şid Beh­bu­dov adı­na Mah­nı Te­at­rın­da rəh­bər idi. O rəh­mə­tə get­di. Bir müd­dət Rə­şid mü­əl­lim Ra­fiq Ba­ba­ye­vin ye­ri­nə mu­si­qi­ni də­rin bi­lən ax­ta­rır­dı.

Elə ol­du ki, mə­nim yol­da­şı­mı məs­lə­hət gör­dü­lər. O da o vax­t xa­ric­də ya­şa­yır­dı. Çox sa­vad­lı mu­si­qişü­nas­dır. Rə­şid mü­əl­lim te­leq­ram vur­du, elə ol­du ki, Oqtay bi­zə rəh­bər gəl­di. Bir gün qız­lar de­dilər ki, Ra­fiq Ba­ba­ye­vin ye­ri­nə tə­zə rəh­bər gə­lib, mən gü­ldüm, de­dim, onun ye­ri­nə kim gəl­sə də, onun ki­mi mu­si­qi­ni bil­məz. Bir gün ha­ra­sa ge­dir­dik. H­amı min­di av­to­bu­sa. Qızlar onu mənə gös­tər­di­lər. Dedim, bu ca­van oğ­lan­dır, bu nə bi­lir mu­si­qi nə­dir? Son­ra za­man keç­dik­cə gör­düm ki, çox sa­vad­lı, in­tel­lek­tu­al insandır, güc­lü aran­jman­çı­dır. Birlikdə Al­ma­ni­ya­ya sə­fə­rə get­dik. H­amı gör­dü ki, onun mə­nə qarşı fik­ri baş­qa cür­dür, mə­ni se­vir. Ka­man­ça ifa­çı­sı Şə­fi­qə Ey­va­zo­va mə­nə de­di ki, gö­zəl, sa­vad­lı, tər­bi­yə­li oğ­lan­dır. Mən də gö­tür-qoy et­dim. Fikirləşdim, gö­zəl ai­lə­miz ola bi­lər. Şü­kür bu gü­nə. Ai­lə qur­dum, 1 oğ­lum var, 24 ya­şın­da. Xa­ric­də oxu­yur. Ma­gist­rdır. Bi­tir­sin, inşal­lah, ev­lən­di­rə­cəm. Çox şü­kür, gö­zəl ai­ləm var.

- Görəsən, qa­dın mü­ğən­ni­lə­rin tez bir za­man­da par­la­ma­sı­na sə­bəb nə­dir?

- Ma­ddiy­yat, bir də spon­sor­dur. Bu də­qi­qə bü­tün efir­lər pul­lu­dur. Bir də ki, rek­la­mın ol­sun. Bi­zim ta­ma­şa­çı­ gö­rür ki, ki­min rek­la­mı çox güc­lü ge­dir, de­yir, o yax­şı­dır. Daha de­mir­lər ki, sə­nə­ti yox­dur. İna­nın, bu sə­nət alə­min­də çox çir­kin­lik­lər var. Mən hər ad­dı­mım­da ai­lə­mi fi­kir­ləş­mi­şəm. İs­tə­mə­mi­şəm oğ­lu­mun ba­şı aşa­ğı ol­sun.

- Adə­tən, sponsorlar mü­ğən­ni­lər­lə eyş-iş­rət ya­şa­yır. Bəs si­zə be­lə tək­lif gəlib­mi?

- Olub, rədd elə­mi­şəm. Bu ya­xın­lar­da veri­liş­dən çıx­mı­şdım, gör­düm mo­bil telefonuma zəng gəlib. Baxdım ki, bir im­kan­lı ki­şi­dir. Deyir, bəs si­zə 9 hek­tar tor­paq hə­diy­yə edi­rəm, si­zə dəs­tək olu­ram. Tə­bii ki, mən rədd elə­dim. O gün­ oğ­lu­ma de­yi­rəm ki, in­şal­lah, 33 illik zəh­mə­ti­min bəh­rə­si­ni qa­za­nıb ad alıb, üçlük­lə mu­ğa­ma ke­çə­cəm, heç bir toy­la­ra getmə­yə­cə­m. Fikrim qətidir, yal­nız mu­ğam­la efir­lə­rə çı­xa­cam, şou-biz­ne­sə də qa­tıl­ma­ya­ca­ğam.

- Bu yaxınlarda dip­lom­unuzla bağ­lı prob­lem ya­şan­mışdı. Bu hadisə si­zi qı­cıq­lan­dır­ma­dı ki?

- Çox qı­cıq­lan­dım. "Gü­nə­ba­xan"da qo­naq ol­dum, sö­zü­mü de­mək is­tə­dim, ab­rı­mı qo­ru­dum, is­tə­mə­dim, efir­dən nü­ma­yiş et­di­rim. Verilişdə bir çox la­zım­sız mü­ğən­ni­lər qal­dı kənarda, dedilər, ilin due­ti ni­yə mə­nə ve­ri­lib? Mü­za­ki­rə mən ol­dum. Fi­kir­ləş­mə­di­lər ki, 33 ilin sə­nət­ka­rı­yam. Ev­də o qə­dər dip­lo­mum var, sa­yı-he­sa­bı yox­dur. Nə də pul ve­rib dip­lom al­ma­mı­şam.

- Ni­yə bu qədər özü­nüz­dən ra­zı­sı­nız?

- İna­nın, bunu ha­mı de­yir. Am­ma ün­siy­yət qu­ran­dan son­ra de­yir­lər ki, su­per xa­siy­yə­tin var. Mən özü­mü dar­tan in­san de­yi­ləm.

- Pa­xıl in­san­sı­nız?

- İna­nın Al­la­ha, heç bir mü­ğən­ni­yə pa­xıl­lı­ğım yox­dur. Ağa­da­daş Ağa­yev bir də­fə bir söz de­di: "Bu sə­nə­ti də, onun ru­zi­si­ni də Al­lah ve­rir". Ni­yə kiməsə pa­xıl­lıq elə­mə­li­sən? Zə­if in­san pa­xıl olar. Mən qa­bi­liy­yə­ti se­və­nəm, heç vaxt zə­if ol­ma­ram, nə də heç ki­mə qarşı qıs­qanc­lıq və ya pa­xıl­lıq hissim var. Bax ne­çə ilin sənət­ka­rı­yam.  Düz­dür, qı­cıq­la­nı­ram, am­ma göz­lə­yi­rəm. Fəxri ad almamağım mənə pis tə­sir edir.    

- Ya­şa­maq üçün, daim sev­ib-sevil­mək üçün insana nə la­zım­dır?

- Mən­də sevgi hissi yox­dur. Dəli­cə­si­nə ancaq ba­la­mı və ba­cı­la­rı­mı se­vi­rəm. Rəh­mə­tə ge­dən qar­da­şı­mın ba­la­la­rı­nı se­vi­rəm. İna­nın, gün­də 20-30 də­fə dua edi­rəm ki, ay Allah, bi­zə dərd-qəm ver­mə. 10 ilin için­də ata­mı, ca­van qar­da­şı­mı, son­ra da ana­mı itir­dim (köv­rə­lir). Daha be­lə bir bə­la is­tə­mi­rəm. Ötən gün­lə­ri­mə dön­məzdim. Uşaqlıq, gənc­lik il­lə­rimə qayıtmazdım. Təkcə onu istəyərdim ki, anam, qar­da­şım ya­nım­da ol­sun. Həyatda çox əziy­yət çə­kmi­şəm. Bir də ba­xır­san, müğənni efir­də bu gün birini se­vir, sə­hər baş­qa­sı­nı. Ne­cə ba­ca­rır­lar onu, bil­mi­rəm, mə­nə çat­mır.

- H­əyat si­zə nə öy­rət­di?

- Çox şey öy­rət­di. O gün Ni­sə Qa­sı­mo­va­ya de­yi­rəm ki, elə bil ruham, in­san için­də ya­şa­mı­ram, qı­raq­dan ba­xı­ram. Adi toy­da oxu­yu­ram, bir də gö­rü­rəm, bir mah­nı­nın üs­tün­də bir-bir­lə­ri­ni qı­rır­lar. Fikirləşirəm, axı bu dün­ya­da heç nə əbədi deyil. Hə­ya­ta baş­qa cür ba­xı­ram, ləzzət eləmir mə­nə. H­əyat­da səhvsiz in­san ol­mur. Mən də səhv­lə­rə yol ver­miş­əm.

- Bu sə­nə­tə nələri qur­ban ver­di­niz?

- Bir çox şe­yi qur­ban ver­dim - oğ­lu­mun qar­da­şı yox, ba­cı­sı yox. İn­di mə­nim­lə da­la­şır ki, ni­yə mə­nim ba­cım yox­dur, qar­da­şım yox­dur? Gü­na­h mən­də­dir. O qə­dər kol­xoz­da, sov­xoz­da, pam­bıq­da ge­dib oxu­dum, 3 gün ke­çir­di, baş­qa öl­kə­yə ge­dir­dik. 18 gün uşa­ğı­mı süd­dən ayır­dım, get­dim Ru­mın­iya fes­ti­va­lı­na. Döşüm şiş­di, əmə­liy­yat ol­dum. Tə­zə­dən ye­nə Tür­ki­yə­də əmə­liy­yat ol­dum. Mü­ba­riz Ta­ğı­ye­vin hə­yat yol­da­şı Sve­ta mə­nə kö­mək edir­di (köv­rə­lir). Ca­nım çı­xıb bu yol­da, ci­bim üçün oxu­ma­mı­şam ki.

- H­əya­t kitabçanızda boş qa­lan səhifələr varmı?

- H­ər şey boş­dur mə­nim üçün. Anam 7 ay­dır rəh­mə­tə ge­dib, hər gün ağ­la­yı­ram. Bal­ko­na çı­xı­ram, qar­da­şı­mı­n evi üz­bə­üz. Ba­xı­ram, ma­şı­nı hə­yət­də yoxdur. Ata­mın saa­tı­nı sax­la­yı­ram. Mə­nim üçün hər şey boş­dur.

- Bəs qal­ma­qal nə de­mək­dir si­zin üçün?

- Düz­dür, mən qalmaqaldan uza­ğam, am­ma kim mə­nə ili­şər­sə, qüv­vəm var ye­rin­də oturt­ma­ğa, gü­cüm də ça­tar. Tə­bii ki, necə lazımdırsa, ca­va­bını ve­rə­cəm.

- Sə­bi­nə İlyasova ən çox ki­min ifa­sı­na qu­laq asır?

- Mu­ğam mü­sa­bi­qə­sin­də Ka­mi­lə Nə­bi­ye­vanın ifa­sı­nı çox din­lə­yi­rəm. H­ət­ta te­le­fo­na onun ifa­la­rı­nı kö­çür­mü­şəm, hər gün ona qulaq asıram. Ay­gün Bay­ra­mo­vaya, Kö­nül Xa­sı­ye­vaya, Nə­za­kət Tey­mu­ro­va­ya, Alim Qa­sı­mo­va qu­laq ası­ram.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.