Şou-biznes

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025 14:36
Baxış: 1 390
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricdə deyil, atasının xatirələrinin yaşadığı məkanda - Novxanıda yerləşən bağ evində keçirir.

Yenisabah.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Ülkər Nuri şəxsi istirahətini təmtəraqlı məkanlarda deyil, atasına bağlı olduğu evdə keçirməyi üstün tutub. O, Yaşar Nurinin illərlə yaşadığı və bir çox sənət nümunələrinin ərsəyə gəldiyi bağ evinə üz tutaraq həm dincəlir, həm də ailə yadigarları ilə vaxt keçirir. Dominos pizza

Sosial şəbəkədə paylaşdığı açıq-saçıq geyimdə istirahət fotoları isə izləyicilər arasında maraqla qarşılanıb. Ülkər Nurinin bu cür rahat və sərbəst tərzi bəzilərinin tənqidinə səbəb olub.

Qeyd edək ki, bir neçə il əvvəl Xalq artistinin Novxanıda yerləşən həmin bağ evində xoşagəlməz hadisə baş vermişdi. Məlumata görə, evin bir otağında yaradılmış kiçik Ev Muzeyindən Yaşar Nuriyə məxsus bir sıra şəxsi əşyalar oğurlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.