Şou-biznes

"Xanımlar niyə "vulqar" görünməyi seçirlər?"

18 İyul 2025 14:53
Baxış: 1 338
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tanınmış aktyor Nicat Rəhimovun bloger həyat yoldaşı sözləri ilə diqqət çəkb.

Milli.Az xəbər verir ki, Ülviyyə dəniz kənarında gördüyü qadınlardan şikayətini dilə gətirib.

Qadınların çox ədəbsiz göründüyünü deyən bloger sözlərinə belə davam edib:

"Bir neçə gün əvvəl dəniz kənarına getmişdik. Bir şeyi müşahidə etdim və təəccübləndim. Bizim xanımlar niyə son zamanlar "vulqar" görsənməyi seçirlər? Əsas da +35 qadınlar. Həyat yoldaşları, övladları, rəfiqələri ilə gəlirlər. Hər bir qadın gözəl, cazibədar, baxımlı görünməlidir. Bu, normaldır. İstər geyindikləri çimərlik geyimi, taxdıqları aksessuar, istərsə də makiyajları, saç düzümləri və davranışları vulqardı. On xanımdan səkkizi belədir. Bu, çirkli görüntü yaradır. Niyə daha səliqəli, qadınsı, təmiz, gözəl, saf görünməyə çalışmayaq ki? Subay xanım daha cazibədar görünmək istəyər. Amma yanında övladı, həyat yoldaşı olan belə davrananda mənfi düşüncə yaradır. O demək deyil ki, qadın pozğundur. Sadəcə, vulqardır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.