Evliliyindən peşman olan 4 məşhur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uğur və şöhrətə baxmayaraq, məşhurlar da şəxsi həyatlarında səhvlərdən sığortalanmayıb.
Milli.Az evliliyində məyusluq yaşayan və bu təcrübənin onların sevgi və münasibətlərə baxışlarını dəyişdirdiyini etiraf edən 4 ulduzun hekayəsini təqdim edir:
Britni Spirs
2000-ci illərin pop ikonası Britni Spirs təkcə sənət aləmində deyil, şəxsi həyatında da çətin sınaqlardan keçib. Psixoloji vəziyyəti, atası tərəfindən himayəyə alınması və şəxsi münasibətləri tez-tez medianın gündəmində olub.
İlk evliliyi uşaqlıq dostu Ceysonla cəmi 55 saat davam edib. Britni bu qərarın "axmaq bir səhv" olduğunu etiraf etsə də, sadəcə evli olmağın necə bir hiss olduğunu yaşamaq istəyib.
İkinci əri rəqqas Kevin Federlayn olub. Əvvəlcə münasibətləri sakit görünüb, lakin boşanma halında Britninin hər il üçün pul ödəməsini nəzərdə tutan qəribə nikah müqaviləsi bağlayıblar. Kevin xəyanət etdikdən sonra Britni dərin psixoloji böhran keçirdi və klinikaya yerləşdirilib. Bu hadisədən sonra o, qeyri-qabiliyyətli elan edildi və atası onun qəyyumu olub. Ancaq 2021-ci ildə Britni atanın qəyyumluğundan azad edildi və yenidən öz həyatının məsuliyyətini öz üzərinə götürüb. Daha sonra aktyor Səm Əsğəri ilə evlənib, lakin bu nikah da bir neçə ildən sonra başa çatıb.
Demi Mur
Aktrisa Demi Mur 80-ci illərdən Hollivudun tanınmış simalarından biridir. Onun üç evliliyi də boşanma ilə nəticələnib.
İlk əri musiqiçi Freddi Mur idi, lakin bu evlilik qısa sürüb və Demi özü xəyanət etdiyini etiraf edib. İkinci əri aktyor Bryus Uillis olub. Onların üç qızı var. Cütlük uzun müddət ideal ailə nümunəsi hesab edilsə də, 1998-ci ildə ayrılıblar.
Sonuncu əri gənc aktyor Eşton Katçer oldu. Onlar uşaq sahibi olmağa çalışıblar, lakin hamiləlik 6-cı ayda pozulub. Bu hadisə Demi üçün ağır zərbə olub, nəticədə içkiyə qurşanıb. Katçer xəyanət etdikdən sonra 2011-ci ildə boşanıblar. Boşanmalardan sonra Demi çəkilmə dövrü yaşayıb. Mediada alkoqol və yüngül narkotiklərlə mübarizəsi haqqında xəbərlər yayılıb.
Uşaqları onun reabilitasiya olunmasını tələb edib. Nəticədə o, müalicə kursu keçib. Bu gün Demi özünü bərpa edib, rəqs edir və itləri ilə xoşbəxt həyat yaşayır.
Mayli Sayrus
Musiqi və kino sahəsində cəsarətli və orijinal addımları ilə tanınan Mayli Sayrus ilk şöhrətini "Son mahnı" filmindən qazandı və bu filmdə tanış olduğu aktyor Liam Hemsvortla evlənib. Onların münasibətləri əvvəlcə mükəmməl görünüb, lakin Mayli dəyişiklik və sənətdə eksperimentlər istəyib. Bu isə Liamın gözlədiyi həyat tərzinə uyğun deyildi. Cütlük bir müddət ayrı yaşayıb, 2018-ci ildə isə gizli şəkildə evlənib. Lakin bu evlilik cəmi 7 ay davam edib.
2023-cü ildə Mayli "Flowers" adlı hit mahnısını təqdim edib. Bu mahnı Liamın ad günü ilə eyni vaxtda yayımlanıb və sözlərində keçmiş münasibətlərə eyham edildiyi düşünülür. Boşanmanın səbəbi tam açıqlanmasa da, bu ayrılıq Mayliyə dərindən təsir edib. İndi o, sevginin insanın özündən başladığını sübut edir: "özümə gül alaram, adımı quma yazaram, əlimdən tutub rəqsə apararam".
Şakira
Kolumbiyalı müğənni və rəqqasə Şakira futbolçu Jerar Pike ilə 2010-cu ildə tanış olub. O, karyerasını ikinci plana ataraq Barselonaya köçüb və iki oğul övladı dünyaya gətirib Cütlük rəsmi olaraq evlənməsə də, birlikdə uzun illər yaşayıb. Şakira Pikeni ideal ata adlandırırıb, amma münasibətləri dərin sevgi üzərində qurulmayıb. 2022-ci ildə Şakira onun xəyanət etdiyini öyrənib və onu evdən qovub.
Həmin il Şakira bir klip təqdim edib. Qəlbi deşilmiş və əlində ürəklə çəkilmiş bu video boşanmanın ona necə təsir etdiyini göstərib. Hazırda keçmiş cütlük hələ də bir-birindən tam uzaqlaşmayıb və münasibətləri məsafədən də olsa davamlı müzakirə olunur. /Lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Eşref Rüya"dan sonra yeni layihəyə imza atdı (Foto)
-
6 aya 95 kilo arıqladı – Qadının inanılmaz dəyişimi gündəm oldu - (Video)
-
Maşından belə səslər gələndə hərəkəti dərhal dayandırın
-
Nəsrindən bikinili fotolarınıl paylaşdı
-
"Hünkar bəyəndi" resepti
-
Halit Ergençin Bergüzarı çimərlik geyimində pozlar verdi - (Video)
-
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
-
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla başlayıblar
-
Mətanət: "Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım"
-
Ələt-Bakı yolunda qəza: "Mercedes" aşdı - (Video)
-
Yasamalda işıq olmayacaq
-
Günün qoroskopu: Özünüzü ifadə etməkdən çəkinməyin
-
Leysana görə Tbilisi hava limanı işıqsız qaldı
-
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
-
Samirə ƏliMəryəm: "Qızım dedi ki, azularımı puç etmə"
-
“Sabah”ın potensial rəqiblərinin oyununda “Vardar” qalib gəldi
-
Dambrauskas: “Fantastik insandır, onsuz çox ağır olacaq”
-
Dalay Lama: "130 il yaşayacağam"
-
Argentina - Misir matçının ən yaxşısı seçildi
-
Qobustanda maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi
-
“Mən şeytanam” - Gupse Özay
-
Narkotik tərkibli dərmana görə yanğın törətdi - (Foto)
-
Yapon nazir Türkiyədəki suya təəccübləndi (Video)
-
Qızı "Ələkbər əmi"ni belə yad etdi (Video)





