Şou-biznes

Türkiyədə Cennifer Lopez üçün "saray" hazırlandı - FOTO

11 İyul 2025 18:48
Baxış: 1 125
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyaca məşhur ulduz Cennifer Lopez iyulun 23-də Antalyada konsert verəcək.

Milli.Az xəbər verir ki, konsert öncəsi rəqqasları ilə intensiv məşqlər edən sənətçi bu dəfə qeyri-adi bir məkanda - mağara dizaynlı 3500 kvadratmetrlik xüsusi otaqda qalacaq.

Lüks məkanda 6 geyinmə otağı, sauna, şəxsi kinoteatr, hovuz üstü bar və Lopez üçün xüsusi hazırlanmış tekstil məhsulları yer alır. Məkan eyni anda 14 nəfəri qəbul edə biləcək və ulduzun rahatlığı üçün tam fərdi şəkildə dizayn olunub.

Sənətçinin adının baş hərfləri digər tekstil məhsullarına xüsusi olaraq işlənib və bu, məkanın tam fərdi və prestijli şəkildə dizayn edildiyini sübut edir.

Cennifer Lopez-in qaldığı yerin hər detalı onun zövqünə uyğunlaşdırılıb və sənətçiyə konsert öncəsi tam istirahət və hazırlıq imkanı yaradılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.