Şou-biznes

Konserdən 190 milyon dollar qazandılar

10 İyul 2025 16:00
Baxış: 1 043
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Black Sabbath" rok qrupunun və Ozzi Ozbornun təşkil etdiyi "Back to the Beginning" adlı 10 saatlıq xeyriyyə festivalında 190 milyon dollardan çox vəsait toplanıb.

Milli.Az xəbər verir ki, bu barədə şounun musiqi direktoru və "Rage Against The Machine" qrupunun gitaristi Tom Morello məlumat verib.

Yığılan bütün vəsaitlər əvvəlcədən söz verildiyi kimi "Cure Parkinson's" Fonduna, Birmingem Uşaq Xəstəxanası və "Acorns" uşaq hospisi üçün ayrılıb.

Konsertdə həmçinin "Metallica", "Slayer", "Pantera", "Alice in Chains", "Gojira, Anthrax", "Guns N' Roses", "Rolling Stones" kimi məşhur qruplar da çıxış edib.  /Axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.