Şou-biznes

Röya Balaəlinin bir arzusunu gözündə qoydu, əvəzində belə JEST ETDİ - VİDEO

27 İyun 2025 14:20
Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan meyxanaçı Baləlinin duet oxumaq arzusunu gözündə qoysa da, jest edərək, onun sözlərinə mahnı ifa edib. 

Milli.Az xəbər verir ki, mahnı təqdim edilər, edilməz hit olub.

Söz ustası ötən il verdiyi bir açıqlamada Xalq artisti Röya Ayxanla duet oxumaq arzusunda olduğunu bildirmişdi.

Aradan keçən zaman ərzində hələ duet reallaşmasa da, bu arzunun ilk addımı artıq atılıb. Belə ki, Xalq artisti Röya Ayxan Balaəlinin söz və musiqisi ona məxsus olan "Qürur" adlı yeni mahnını ifa edərək ictimaiyyətə təqdim edib. Müasir pop janrında ərsəyə gələn bu bəstə Röya tərəfindən səhnəyə gətirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Balaəli isə bu hadisəni şəxsi sosial media hesabında belə şərh edib:

"Əziz izləyicilər, hamınızı xoş gördük! Təşəkkür edirik hamınıza. Bu gözəl mahnımıza görə, xüsusən Röya xanıma təşəkkürlər".

Duet arzusu hələ gerçəkləşməsə də, bu əməkdaşlıq iki sənətçi arasında gələcək birgə layihələrin anonsu kimi dəyərləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.