Müğənni Ayan Babakişiyeva sosial şəbəkə hesabında yasaq sevgidən yazıb.
Milli.Az xəbər verir ki, o, "Sevməməliydim" adlı yeni mahnısından hissəni izləyiciləri ilə bölüşüb.
Sənətçi paylaşımında bunları qeyd edib:
"Bu mahnını 3 il əvvəl oxudum, heç cür hazır deyildim ifaya. Çünkü hönkürtü və hayqıraraq demək istədiklərimi çatdırmaq istəyirdim. Sanki, tarixçəsi çox ağır idi. Əslində bəlkə də yasaq olan hər şey maraqlı və cəlbedici olur. Ona nail olursan və bir anda nə qədər yanlış olduğunu dərk edirsən. Əlçatmaz, yasaq sevgilər kənardan şirin görünsə də, bir o qədər can yaxandı. Artıq hazıram və payızda bu əsəri təqdim edəcəyəm".
Milli.Az