Şou-biznes

Aparıcı türk ərindən boşanıb Bakıya qayıdıb? - "Deyirlər ət bahalaşıb, ona görə gəlib"

17 May 2025 16:50
Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bir zamanların məşhur "Kamerton" verilişinin aparıcısı Gülnarə Məmmədova Bakıya qayıdıb.

Milli.Az xəbər verir ki, uzun illərdən sonra onun Türkiyədən Bakıya qayıtması geniş müzakirələr yaradıb.

Sosial şəbəkə istifadəçiləri Gülnarənin türk həyat yoldaşından ayrıldığı üçün geri qayıtdığını iddia ediblər.

Bakıya əri ilə gəldiyini deyən aparıcı dedi-qoduya belə reaksiya verib:

"Yazırlar ki Türkiyədə ət bahalaşıb ona görə Azərbaycana qayıdıb. İllər sonra qayıtmağım insanlara qəribə gəlir. Vətəninə gəlmək üçün mütləq boşanmalısan? Yalandır ayrılmamışam. Olsa gizlədiləsi bir şey yoxdur. Ərim işi ilə bağlı gedib qayıdır. Öz işini Bakıda qurmaq istəyir. Uşağımızı burada böyütmək istəyirəm. Yoldaşım Azərbaycanı çox sevir bizim dildə çox təmiz danışır. Mən öyrətmişəm. Mənə deyirdi ki türk dilini öyrən uşaq burada dərsə gedəcək. Sonunda isə mən deyən oldu. 

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.