Şou-biznes

Xalq artisti: "Məni övladlığa vermişdilər, ata-anamdan doğmalıq görmədim"

16 May 2025 15:11
Baxış: 1 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Mələkxanım Əyyubova etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, ilk dəfə ailə sirrini bölüşüb. 

Belə ki, xanəndə uşaq vaxtı ailəsinin onu övladlığa verdiyini bildirib.

"Ailəmizdə bibimi çox istəyirdilər. Onun övladı olmurdu. Böyük bacımı və qardaşlarımı övlad kimi ona vermişdilər. Ancaq böyük olduqları üçün gedib qalmayıblar. Öz ailələrini tanıyırdılar. Bibim məni çox əzizləmişdi, o qədər sevgi vermişdi ki, öz ailəm barədə deyilənlərə qulaq asmadım. Ona ana kimi öyrəşmişdim. Ata-anamdan incik idim. Uşaq vaxtı biruzə verməsəm də, onlardan övlad doğmalığını görə bilmədim. Bibim buna icazə verməyib. Onlara bağanacağımdan, geri qayıtmağımdan qorxurdu.

Şəhərdə böyümüşəm, burada oxumuşam. Valideynlərimi az görürdüm. İstər-istəməz soyuqluq yarandı. Öz ailənlə yaşamaq, qardaş-bacınla böyümək ayrı doğmalıqdır. Onları dayı, onların uşaqları kimi bilmək başqadır. 7 uşaqlı ailədə doğulub, tək böyümək əskiklik hissi yaradır, pis hissdir".

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.