“Hamı onu aktrisa bilir, əslində isə...” - “Komedixana”nın ulduzu haqqında bilinməyən faktlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2019-cu ildən "Xəzər" telekanalında yayımlanan "Komedixana" layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.
Bəs "Komedixana"nın parlaq ulduzlarından olan aktrisa Xəyalə Quliyeva kimdir?
Milli.Az musavat.com-a istinadən aktrisasının dosyesini təqdim edir.
Xəyalə Quliyeva - Azərbaycanlı aktrisa və televiziya simasıdır. Onun yaradıcılığı əsasən yumoristik janra yönəlib və tamaşaçılar arasında öz məişət situasiyalarını ustalıqla və səmimi şəkildə canlandırması ilə sevilir. "Çəkirəm ha" verilişi ilə populyarlıq qazanan aktrisa xüsusilə "Komedixana" layihəsindəki rolları ilə tanınıb.
O, müxtəlif komik obrazlarda çıxış edərək, qadın rollarını həm klassik, həm də müasir formada təqdim edir. Onun səhnə plastikasında və zarafatlarında Azərbaycan qadınına xas olan ştrixlər tez-tez özünü göstərir ki, bu da izləyicilərə yaxın gəlir.
Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak edib.
O, qarmon ifaçılığı üzrə musiqi məktəbini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olub.
2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında "Çəkirəm ha" layihəsi ilə efirə çıxıb. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çoxsaylı izləyici kütləsi yığıb.
2018-ci ildə qatıldığı "Maşın" şou 17-ci sürət Hind Kinosu layihəsində tamaşaçıların dəstəyi ilə şounun qalibi olub.
O "Komedixana"da canlandırdığı obrazlarla tamaşaçıların sevgisini qazanıb.
Yusif Musayevlə ailə həyatı qurub. Onun 2007-ci ildə oğlu Məhəmməd, 2012-ci ildə isə qızı Arzu dünyaya gəlib.
Xəyalə Quliyeva müsahibələrinin birində həyat yoldaşı haqqında bunları deyib:
"Sami Yusufun bir sözü var, deyir ki, sərbəstliyim həyat yoldaşımın qısqanclığının başladığı yerə qədərdir. Eynən bu, məndə də belədir. Çəkilişə qısqanmayacaq, çünki oraya getməliyəm. Film təqdimatları, dostlarım, əhatəm də onu qısqandırmır, amma bir yer var ki, ondan o tərəfə icazə olmaz. Məsələn, işdən çıxıramsa, evə gəlirəm, rəfiqələrim gəzməyə gedir, amma mən onlara qoşulub getmirəm. Bilirəm ki, evdə uşağım, ailəm var. Əgər bizi kollektiv olaraq harasa dəvət etsələr, həmin yerdə mütləq iştirak edirəm".
Uğur sirrini isə belə açıqlayır:
"Həyatda uğurun sirri əslində qarşılıqlı dəstək və qarşılıqlı hörmətdən ibarətdir. Mən əziz insanlarımın dəstəyi ilə hər zaman irəliləmişəm və bu, məni daha da irəli aparır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
-
Aşıq Zülfiyyə: “Boşanmalarda 99% qız tərəfi günahkardır”
-
Zaur Baxşəliyev: “Dekabra az qalıb, ATV-də veriliş var ki?”
-
“Məcburən işdən çıxarıldım” – 16 ildir işsiz qalan Sonaxanım hönkür-hönkür ağladı (Video)
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı – (Video)
-
Pərviz Bülbülənin səhnədə başına iş gəldi – (Video)
XƏBƏR LENTİ
-
Azərbaycan millisi İraqla qarşılaşacaq
-
Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
-
Cəbrayılın Soltanlı kəndinə köç oldu - (Yenilənib)
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Media və Yayım Şurası din xadimləri ilə bağlı məlumatları təkzib etdi
-
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
-
Aşıq Zülfiyyə: “Boşanmalarda 99% qız tərəfi günahkardır”
-
“Bavariya”da ciddi itki
-
Zaur Baxşəliyev: “Dekabra az qalıb, ATV-də veriliş var ki?”
-
Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
-
Evə buraxılan qadın xəstəxananın həyətində öldü
-
"Mançester Siti" Holandla yollarını ayırır?
-
Çıxarışı olmayan evlərə qaz verilməyəcək?
-
Neftçalada quldurluq edən iki nəfər saxlanıldı
-
Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər
-
Qızıl və gümüş bahalaşdı
-
YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı
-
Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanda aylıq 419 manatdan başlayan qiymətlərlə mənzillər satışa çıxarılır
-
Rus bölməsində təhsil pullu olacaq?
-
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
-
Həcc ziyarətinin qiyməti artacaq
-
Azərbaycanda ev qiymətinə samovar satışa çıxarıldı
-
Türkiyə MN Azərbaycanı təbrik etdi





