Şou-biznes

“Buna görə həyat yoldaşımdan ayrılmaq istəyirdim”

22 Aprel 2025 02:02
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"15 ildir ki, ailəliyəm. 15 ilimizin 10-cu ilində həyat yoldaşım mənimlə şəkil çəkdirməyə icazə verdi. Daha əvvəl buna icazə vermirdi. Ona dedim ki, əgər mənimlə şəkil çəkdirməyəcəksənsə uzaqlaşaq bir-birimizdən. Ondan sonra mərhum qayınanam və qayınatam onunla nə danışdılarsa, onu necə razılığa gətirdilərsə şəkil çəkdirdi. Çünki qərar vermişdim ki, yetər. Efir adamıyam, həssasam, ruhum belə isdəyir ki, sevgi dolu fotolar, videolar çəkim. Biz harasa birgə gedəndə o icazə vermirdi çəkiliş etməyə. Heç indidə o mənə icazə vermir. Lakin indi əvvəllər olduğu kimi hoqqalar vermir (gülür). Deyir ki, çəkmə, mən isə yenə çəkirəm".

Milli.Az xəbər verir ki, müğənni Xuraman Şuşalı həyat yoldaşı, rejissor Elçin Məmmədovun ona qoyduğu qadağalardan danışıb:

"Bu qadağalara görə oturub ağlayırdım. Deyirdi ki, çəkdiklərini sil, mən isə silmirdim. Mən sırtıqlaşdım... Əvvəllər boş vermirdim, bunlar hamısı mənə çox təsir edirdi. Depressiyaya düşüb, ayrılmaq istəyirdim. Beynimə 50 dənə fikir gəlirdi. Amma onu da anlayıram ki, insan istəmir. Amma mən axı istəyirəm. Həyat yoldaşım deyir ki, mən ağır təbiətli insanam, məni bu şəkildə təqdim etmə. Bizim çox videolarımız sosial şəbəkədə trendə düşür. Bəzilərini silmişəm, bəzilərini isə saxlamışam. Bu 15 ildə anladım ki, bir insanı dəyişə bilmərsən. Nədir, odur... Küsürəm, naz edirəm o yumuşalır amma biraz keçir yenə əvvəlki insan olur".

Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün dörd övladı var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.