Şou-biznes

Qəribə paylaşımı ilə gündəm olan Çağla Şıkeldən tənqidlərə cavab - FOTO

10 Aprel 2025 23:48
Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin ən tanınmış simalarından biri olan, gözəl bədən quruluşu ilə seçilən məşhur model və aparıcı Çağla Şıkel sosial şəbəkədə paylaşdığı səhər yeməyinə görə tənqidlərin hədəfinə çevrilib. Belə ki, paylaşımdakı yemək yalnız quru meyvələr və müxtəlif dərman preparatlarından ibarət olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı model izləyicilərin tənqidlərini cavabsız qoymayıb və məsələyə aydınlıq gətirib:

O, istifadəçilərin reaksiyasından təəccübünü ifadə edib:

"Elə davranıldı ki, sanki qurbağa ayağı yemişəm. Əvvəlki axşam çox gec saatda yemək yeməyə məcbur olmuşdum. Belə hallarda səhər ac oyanmıram. Bəzən belə günlərdə sadəcə quru meyvə ilə günə başlayıram. Yaşımla əlaqədar vitamin qəbul edirəm. Bu paylaşımı gündəm olmaq üçün yox, tamamilə təbii şəkildə etmişəm. Ümumiyyətlə, bəzi insanlar var ki, 16 saat oruc tutur və səhər yeməyi yemirlər", - deyə o bildirib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.