Şou-biznes

20 il sonra barışdılar - FOTO

8 Aprel 2025 21:13
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış amerikalı müğənni Madonna 20 ildən sonra britaniyalı bəstəkar və müğənni Elton Conla barışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Madonna instaqram hesabında paylaşıb.

66 yaşlı Madonna həmkarı ilə birgə foto paylaşaraq onunla "Saturday Night Live" şou proqramının kulisində görüşdüyünü, E.Conun ondan üzr istədiyini qeyd edib: "Onun ilk dediyi söz "Məni bağışla" oldu və aramızdakı divar uçdu".

Madonnanın sözlərinə görə, Con, hətta ona həsr edilmiş mahnı bəstələyib və əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, Madonna və Elton Con 2004-cü ildən küsülü olub. Müğənnilər arasında mübahisə E.Conun Madonnanın "Die another day" musiqisini kəskin tənqid etməsindən sonra başlayıb. Bununla yanaşı, Con mütəmadi olaraq həmkarını fonoqramla oxumaqda ittiham edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.