Şou-biznes

16 milyonluq səhifəsini bağladı

7 Aprel 2025 18:46
Baxış: 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli komediya ustası Cem Yılmaz "X" sosial şəbəkə hesabını bağlayıb.

Milli.Az xəbər verir ki, aktyorun 16 milyon 300 mindən çox izləyicisi var idi.

Buna səbəb "X"in bəzi qadağalar tədbiq etməsi, ifadə azadlığı haqda qərarları olub. Cem artıq yeni platformada özünə səhifə açıb. Belə ki, Cem Yılmaz 2019-cu ildə "Twitter"in qurucusu Cek Dorsi tərəfindən yaradılan və 35 milyondan çox istifadəçisi olan "Bluesky" platformasına keçib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan və etirazlara dəstək verən bir çox insanın hesablarının bağlanması onların "Bluesky" platformasına axın etməsinə səbəb olub.

Qeyd edək ki, hazırda Cem Yılmazı "Bluesky" platformasında 40 min 700 nəfər izləyir. /Axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.