Aparıcı Vüsalə Əlizadə anası Lütviyyə Əlizadə ilə bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadla xəbər verir ki, o, anası ilə fotolarını yayımlayaraq bunları yazıb:
"Allah bəndələrini yaradanda hərəyə bir bəxt, qismət, vəzifə verir. Kim bu dünyaya niyə gəlir, kim olmağa gəlir. İnsanlar var ki, illər keçər, yaşa dolar hələ də bu həyatda kim olduğunun fərqinə varmaz...
Sənin bu dünyadakı statusun, vəzifən, Allah qatındakı yerin - nurlu üzündən, dağ kimi dərdinə sinə gərən gücündən, bəzən sevgi saçan, bəzən gülərək parlayan, bəzən zəhmli baxan nigaran gözlərindən, şəfalı toxunuşundan, oduna-ocağına etdiyin şükürlərdən, böyüyünə-uşağına göstərdiyin mərhəmətdən o qədər bəllidir ki, mənim baharım. Sənin bu dünyadakı adındır ana.
Sən bu dünyaya ana olmağa ,onun kimi örnək olmağa gəlmisən. Allahın ən böyük bəxşişi, ən ali statusunu, ən mükəmməl şəkildə daşıyırsan ana. Bir qadına ancaq bu qədər yaraşar ana olmaq. Sevgi saçan, ətri bahar anam. Dünyaya yenidən gəlmə şansım olsa, yenə mənim payıma düş, yenə mənim ol, yenə məni övlad kimi xoşbəxt et. Səni sonsuz sevirəm, ana".
Milli.Az