"O vaxt necə idisə, indi də elədir""O vaxt necədirsə, indi də elə şıltaqdır. Səhnə üçün yaranıb".
Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə "Qonaqcanlı" verilişində Xalq artisti Aygün Kazımova haqqında danışarkən deyib.
"Nə istəyirsən edəcək: şou, tamaşa göstərsin, mahnını yaşasın. Müğənni olmasaydı aktrisa olacaqdı. O vaxt qrupa daxil oldu, "Pakı payızı" müsabiqəsində "Yarım eşitsin məni" mahnısı ilə qalib gəldi. Mahnı seçəndə kapriz göstərmirdi. Bircə deyirdi ki, səsimə uyğun olar?" deyə, V.Gərayzadə əlavə edib. (Axşam.az)
Milli.Az