Şou-biznes

Aygünün gözəl qalmağının sirri bu imiş

21 Mart 2025 19:08
Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu, böyük əməkdir: Özünə bu qədər vaxt sərf edib, özünlə məşğul olmaq, özünü sevmək. Bütün bunlar vaxt tələb edir. Çalışıram günümü elə qurum ki, bunları çatdıra bilim".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Qonaqcanlı" verilişində qonaq olarkən deyib. Pop kraliça vurğulayıb ki, bunun üçün rejim qurub və buna ciddi riayət edir:

"İndi də saat azalıb. Əvvəl 24 idi, indi, 18 saat. Mən belə bilirəm. Səhər tezdən oyanıram. 6-da, 5-də, ən geci 8-də. Tez də yatıram. Rejimə çox fikir verirəm. Bu gün yaxşı qalmağımın əsas səbəbi qrafikimdir. Hərdən düzdür, yoruluram. Bunu etriaf edirəm. Amma efirdə büruzə vermirəm. Bu, ancaq çəkimdə özünü göstərir. Yorulan kimi özümə etmədiyim şeyləri icazə verirəm. Qadağaları kənara qoyub bunları edirəm ki, toparlanım". /Axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.