Şou-biznes

Xalq artisti: "Qardaşım mənə əzab verdi, bağışlanmayacaq şeylər var idi"

14 Mart 2025 18:25
Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qardaşım toya getməyə qoymurdu. Atam qalırdı uşaqlar arasında. Qardaşım deyirdi, ola bilməz, o, səhnəyə, toya çıxa bilməz. Atam məcbur məni qardaşımdan uzaqlaşdırdı. Məni ərə verdi. Dedi onun artıq həyat yoldaşı var, o, qərar verəcək".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində deyib. Qardaşı Ağalar Dostəliyevdən danışan müğənni onunla yaşadığı problemdən söz açıb. 

O, aparıcı Ülvira Qarayevanın "Qardaşınızı bağışlamısınız" sualına belə cavab verib:

"Qardaşım deyirdi "meymun" olacaqsan? İndi atamın ruhu şad olsun deyə bağışladım. Qardaşımda bağışlanmayacaq şeylər var idi. Amma atamın yadigarı idi. Bir dəfə efirə çıxmağıma görə evimizdə dəhşət yaşandı. Qardaşım gəlib yoldaşıma dedi ki, bu nədi? Efir olar? Məni universitetə getməyə qoymadı. Həyat yoldaşım dedi ki, mənim ailəmdə sözüm keçmir? Mən istəyirəm xanımım universitet oxusun". 

Qeyd edək ki, Nazpərinin Ağaəli adlı daha bir qardaşı var.  /Axşam.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.