Şou-biznes

Xalq artistinin vəziyyəti son dərəcə KRİTİKDİR - FOTO

8 Mart 2025 13:59
Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ənvər Həsənovun səhhəti daha da pisləşib.

Bunu 74 yaşlı sənətkarın qızı Aytən Həsənova OLAY-ın əməkdaşı ilə söhbətində deyib.

"Atamın dünəndən vəziyyəti daha da ağırlaşıb, son dərəcə kritikdir. Tamamilə hərəkət etmir, huşu da yerində deyil. Gecə saatlarında yenidən təcili tibbi yardım çağırmalı olduq. Həkimlər atamla bağlı üzücü və xoş olmayan proqnoz verdilər. Dualara ehtiyacımız var", - deyə aktyorun qızı vurğulayıb. 

Qeyd edək ki, bir müddət öncə  Xalq artisti Ənvər Həsənovun səhhəti ağırlaşıb və Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilib. Həkimlər ona insult diaqnozu  qoyub. /Olay.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.