Şou-biznes

Aktyor Cin Hekmanın ölümü ilə bağlı yeni təfərrüat

5 Mart 2025 19:24
Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də, Nyu-Meksikodakı evlərində ölü tapılan məşhur aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakava ilə bağlı istintaqa dair yeni detallar ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat verib.

Nyu-Meksikonun qaz şirkətindən bildirildiyinə görə, aktyorun evindəki sobada kiçik sızma aşkarlanıb. Ancaq hesabatda qeyd edilib ki, dəm qazının səviyyəsi cəmi 0,33% olub və bu da ölümcül nəticələrə gətirib çıxara bilməz.

Araşdırma zamanı suqızdırıcıda və bacalarda qüsurlar aşkar edilib, lakin qaz sızmasına və ya dəm qazından zəhərlənməyə səbəb ola biləcək heç nə tapılmayıb.

Xatırladaq ki, bu işlə məşğul olan şerif daha əvvəl dəm qazından zəhərlənmə ehtimalının istisna olunduğunu qeyd etmişdi.

O, həmçinin cəsədlərdə hər hansı zədənin aşkar edilmədiyini də qeyd edib və bildirib ki, heç bir travma məhkəmə-tibbi ekspertizanın gözündən qaçmazdı. Şerif istintaqın davam etdiyini vurğulayıb. Yarılmanın və toksikoloji nəticələrin tam yekunu bir neçə həftəyə gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.